Azərbaycan Turizm İnstitutu ilə İsrailin ölkəmizdəki səfirliyi arasında əməkdaşlıq əlaqələri genişlənir

Dekabrın 23-də Azərbaycan Turizm İnstitutunda İsrailin ölkəmizdəki missiya rəhbərinin müavini, səfirliyin ikinci katibi Ronen Krauszla həmin ölkənin Elat şəhərində təcrübə keçmiş azərbaycanlı tələbələrin görüşü keçirilmişdir. Görüşü giriş sözü ilə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq qonaqları və tədbir iştirakçılarını salamlamışdır.
Rektor səfirlik nümayəndələrinin institutda olmalarından məmnunluğunu bildirdi. O, görüş iştirakçılarının nəzərinə çatdırdı ki, hər ilin sonunda ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin səlahiyyətli rəhbərləri və əməkdaşları ilə institututda görüş keçirmək artıq ənənə halını almışdır. Bu baxımdan artıq üçüncü ildir ki, İsrailin ölkəmizdəki səfirliyinin əməkdaşları ilə görüşlərdə dünyanın turizm sektorunda önəmli yerlərdən birini tutan bu ölkənin təcrübəsindən yararlanmağa səy göstəririk. C. Cəfərov dedi: "Nəzərə alsaq ki, Azərbaycan turizm potensialına görə bir sıra ölkələrin maraq göstərdiyi ərazilərdəndir, deməli, biz təkcə turizm sərvətlərimizin təbliği ilə yox, eyni zamanda, müvafiq sahələrdə fəaliyyət göstərəcək ixtisaslı kadrların hazırlığına da qayğı göstərməliyik. Azərbaycan Turizm İnstitutu məhz bu istiqamətdə fəaliyyətini prioritet sayır".
İsrailin ölkəmizdəki missiya rəhbərinin müavini, səfirliyin ikinci katibi Ronen Krausz səmimi qarşılanmadan və görüşün təşkilindən məmnunluğunu bildirdi. 2011-ci ildən İsrailin nüfuzlu turizm müəssisələrində təcrübə keçəcək tələbələrimizdə bu ölkə ilə bağlı ümumi təsəvvürün formalaşması istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verdi. Hörmətli qonaq İsraildə təcrübə keçəcək tələbələr üçün ivrit dilində məişət səviyyəsində danışmalarına kömək məqsədilə xüsusi kursların təşkilinin nəzərdə tutulduğunu bildirdi. İsraildən mütəxəssislərin blok seminarlarına cəlb edilməsinə maraqlı olduğunu qeyd etdi. Görüşün sonunda cənab Krausz Azərbaycan Turizm İnstitutu ilə İsrailin ölkəmizdəki səfirliyi arsında əməkdaşlığın bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini bildirdi.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında