Moskva Fizika-Texniki İnstitutunun nümayəndələri Bakı Dövlət Universitetində olmuşlar

Moskva Fizika-Texniki İnstitutunun (MFTİ) birinci prorektoru, professor Timofey Kondranin və bu institutun ümumi və tətbiqi fizika fakültəsinin dekanı, professor Mixail Trunin Bakı Dövlət Universitetində (BDU) olmuşlar.
Universitetdən bildirmişlər ki, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ilə keçirilmiş görüşdə T.Kondranin təmsil etdiyi institutun Bakı Dövlət Universiteti ilə əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirmiş, MFTİ-də oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasının vacibliyini söyləmişdir.
Qonaqların fikirləri ilə həmrəy olduğunu vurğulayan akademik Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutu ilə səmərəli və işlək əməkdaşlığın mümkünlüyünü vurğulayaraq, bu məsələyə daha çox diqqət ayıracağını bildirmişdir.
Sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzləri ilə tanış olmuşlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında