Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Abşeron rayonunun Masazır qəsəbəsində yeni məktəblə tanış olmuş, uşaq bağçasının açılışında iştirak etmişdir

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva dekabrın 24-də Abşeron rayonunun Masazır qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblər səviyyəsində inşa olunmuş 3 nömrəli orta məktəbdə yaradılmış şəraitlə tanış olmuş, "Şən yuva" uşaq bağçasının açılışında iştirak etmişdir.
Masazır qəsəbəsinin "Qurtuluş-93" yaşayış kompleksinə gələn Mehriban xanım Əliyevaya məktəblilər gül dəstəsi təqdim etdilər.
Azərbaycanın birinci xanımı əvvəlcə yaşayış kompleksində 2009-cu ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 3 nömrəli məktəbin binasında yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, 500 şagird yeri olan məktəb zirzəmi ilə birlikdə üçmərtəbəlidir. Burada uşaqların müasir tələblər səviyyəsində təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Birinci mərtəbənin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə diqqət və qayğılarını əks etdirən fotostendlər qurulmuşdur.
Məlumat verildi ki, şagirdlərin təlim-tərbiyəsi və təhsili ilə 45 pedaqoq məşğul olur. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunmuş bu təhsil ocağında kompyuter, fənn otaqları, ən müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar vardır. Mehriban xanım Əliyeva kimya və fizika fənlərinin tədris olunduğu siniflərə baxdı, məktəblilərin informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri üçün yaradılmış kompyuter otağı ilə tanış oldu. Bildirildi ki, kompyuterlərin hamısının internetə çıxışı vardır. Məktəbin binasının qızdırılması üçün fərdi qazanxana quraşdırılmışdır. Ətrafdakı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılmış, müxtəlif ağaclar və gül kolları əkilmişdir.
Mehriban xanım Əliyevaya məlumat verildi ki, məktəbin ərazisində futbol və voleybol meydançaları vardır. Həmin ərazidə Fondun təşəbbüsü ilə beşmərtəbəli idman məktəbi inşa olunur. Gələn il istifadəyə verilməsi planlaşdırılan idman məktəbi bütün qəsəbə üçün nəzərdə tutulmuşdur. İdman məktəbində bir böyük və üç kiçik idman zalı, üzgüçülük hovuzu inşa edilir.
Sonra Heydər Əliyev Fondunun prezidenti "Şən yuva" uşaq bağçasının açılışında iştirak etdi.
Bağça uşaqları Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim etdilər.
Azərbaycanın birinci xanımı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış oldu.
Məlumat verildi ki, mansardla birlikdə 3 mərtəbəli binada 120 uşağın təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Yaşlarına müvafiq olaraq dörd qrupa bölünmüş uşaqların tərbiyəsi ilə 20 müəllim və tərbiyəçi məşğul olacaqdır. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində inşa olunan bu müəssisənin tikinti işlərinə ötən il başlanılmış və qısa zamanda başa çatdırılmışdır.
Bağçanın birinci mərtəbəsinin foyesində ümummilli lider Heydər Əliyev, Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılmışdır. Burada kiçik yaş qrupu bölməsi, yeməkxana, kitabxana, mətbəx, həkim otağı yerləşir. Uşaq bağçasında 2 yaşından 6 yaşınadək olan uşaqlara təhsilin ilkin mərhələsi ilə yanaşı, rus və ingilis dilləri də tədris ediləcəkdir. Bunun üçün bağça hər cür dərs ləvazimatı ilə təchiz olunmuşdur. Uşaqlara burada rəqs və musiqi də öyrədiləcəkdir. Fondun prezidentinə məlumat verildi ki, bağçada uşaqların asudə vaxtlarının səmərəli təşkili, əylənmələri üçün qış və yay oyun zalları vardır.
Mehriban xanım Əliyeva yeməkxanada və mətbəxdə yaradılmış şəraitlə tanış oldu. Kiçik yaş qrupunda uşaqlarla görüşən Fondun prezidenti onların yataq şəraiti ilə də tanış oldu.
İstiliklə təchizat üçün ayrıca qazanxana tikilmiş, bağçanın ətrafında abadlıq işləri aparılmışdır. Burada uşaqların istirahəti və əylənməsi üçün müxtəlif attraksionlar quraşdırılmışdır.
Görülmüş işlərdən razılığını bildirən Mehriban xanım Əliyeva bağçanın kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında