Bilik Fondunda dil dərsi keçirilib

Kamal Abdullayev: Dilə olan məhəbbət Vətənə sevgi, bayrağa ehtiram, himnə sayqıdır

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayevin "Dilçi olmayanlar üçün dil dərsi" keçirilib.

Tədbirdə Musiqi Akademiyası, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, AMEA-nın müxtəlif institutlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan dilinin zənginliyindən, incəliyindən və geniş imkanlarından bəhs edən akademik dilimizin yayılma arenasının genişliyindən söz açıb: “Bu gün Azərbaycan dili dövlət dili olaraq Azərbaycan ərazisində yaşayan bütün xalqların ­doğma dilidir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlərdən danışan dövlət müşaviri bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili kimi tətbiqi, diplomatiya sahəsində işlənməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti ilə bağlıdır: “Ulu öndər ən dərin mətləbləri hər bir insanın qəlbinə nüfuz edəcək bir dildə anlaşıqlı və rəvan çatdıra bilirdi, fikirlərindəki saflıq, axıcılıq dilində özünü biruzə verirdi. Ümummilli liderin “Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamı ana dilimizə olan məhəbbətin təzahürüdür və hər bir soydaşımız üçün örnəkdir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.

Sonra K.Abdullayev Azərbaycan ­klassik ədəbiy­yatının nümayəndələrindən müxtəlif sitatlar gətirməklə ana ­dilimizin geniş imkanlarından söz açıb, gəncləri ana dilimizi sevməyə, qorumağa və zənginləşdirməyə çağırıb.

İnteraktiv formada səmimi şəraitdə keçən görüşdə akademik K.Abdullayev gənclərin çoxsaylı suallarını cavablandırıb. 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında