Milli təhsil quruculuğunun uğurları

Ulu öndər Heydər Əliyevin təhsilə qayğısı, apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda müəllimin, məktəbin nüfuzu artmışdır. O deyirdi: "Təhsil həyatımızın ən gərəkli və mühüm sahəsidir. O, milli məqsədlər, mənafeler əsasında qurulmalıdır". Bu, o vaxt idi ki, dövrün tələbindən meydana gəlmiş humanistləşdirmə təhsilin forma və məzmunca yeniləşməsini, gənc nəslin yüksək səviyyədə formalaşdırılmasını tələb edirdi.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra təhsil sahəsində bir çox köklü islahatların aparılması zərurəti yaranmışdı. Bu zərurət ölkənin yeni siyasi oriyentasiyası, istehsal-mülkiyyət münasibətlərinə baxışın dəyişməsi, təlimin məzmunca müasirləşməsi və sair amillərilə şərtlənirdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı, əslində, milli təhsilimizi də dağılmaq təhlükəsindən xilas etdi. AXC - Müsavat cütlüyünün hakimiyyəti dövründə təhsilimizə elə bir zərbə vurulmuşdu ki, artıq bu sistem bərbad vəziyyətə düşmüşdü. Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı və təhsilin problemlərini nəzarətə götürməsi bu mühüm sahəni yeni inkişaf yoluna çıxardı. Müəllimlərimizdə, bütövlükdə təhsil işçilərində gələcəyə inam gücləndi, öz iş yerlərini tərk edib başqa sahələrə üz tutan pedaqoqlarımız yenidən məktəbə qayıtdılar. Təhsil sistemində yeniləşmə başladı, mütərəqqi ənənələr bərpa olundu.
Ölkə təhsilində islahatların dinamik və sistemli aparılması üçün Prezident Heydər Əliyevin sərəncamı ilə dövlət komissiyası yaradıldı. Az bir zamanda bu komissiya Azərbaycan respublikasının təhsil sistemində islahat proqramını hazırladı və həmin sənəd ölkə başçısının 15 iyun 1999-cu il tarixli fərmanı ilə təsdiq edildi. Tarixi əhəmiyyətli "Azərbaycan respublikasının təhsil sahəsində islahat proqramı" gənc nəslin təlim-tərbiyəsində, cəmiyyətin sivil inkişafında strateji istiqamətləri açıqlamış, cari və perspektiv işləri müəyyənləşdirmişdir. Proqramda ölkə təhsilinin qarşısında demokratikləşdirmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirmə kimi mühüm vəzifələr qoyulmuşdur. Əsas məqsəd isə milli zəmində və ümumbəşəri dəyərlərə əsaslanan, beynəlxalq standartlara uyğun milli təhsil sisteminin yaradılması olmuşdur.
Ulu öndər Heydər Əliyev sonralar cəmiyyətin inkişafında təhsilin rolundan danışarkən demişdi: "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi ölkəmizi müstəqil şəkildə idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq".
Ümummilli lider müstəqil Azərbaycanda milli təhsil quruculuğunun da memarı olmuşdur. Onun hakimiyyətə xilaskar qayıdışı Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsildə də tənəzzülün qarşısını almışdı. Tezliklə təlim-tərbiyə müəssisələrinin ahəngdar işi bərpa olunmuş, təhsil sisteminin müstəqil dövlətçilik prinsipləri əsasında qurulması həyata keçirilmişdir.
Hazırda xalqımızın hərtərəfli təhsilə marağı durmadan artmaqdadır. Bu isə, hər şeydən əvvəl, ötən yüzillikdə Azərbaycan xalqının intellektual potensialının, maariflənməsinin əsas göstəricilərindən biri sayılmalıdır. Respublikamızda təhsilin, elmin, mədəniyyətin, intellektual potensialın keyfiyyətcə beynəlxalq standartlara uyğunlaşdırılması XXI əsr milli təhsil quruculuğunun strateji xəttidir. Belə bir məqamı da xatırlmaq yerinə düşər ki, XXI əsr YUNESKO tərəfindən "Təhsil əsri" elan olunmuşdur. Bu o deməkdir ki, yeni əsrdə bəşər sivilizasiyasını ən çox maraqlandıran məsələ təhsilin inkişafı və keyfiyyətcə yeniləşməsi, cəmiyyətin tərəqqisində onun rolunun daha da yüksəlməsi olacaqdır.
Memarı ulu öndərimiz Heydər Əliyev olan müasir Azərbaycan təhsili özünün zəngin təcrübəsindən bəhrələnərək qarşıya qoyulmuş tarixi vəzifələri inamla, ardıcıl yerinə yetirməkdədir. Bu, bizim başlıca amalımız, təhsil sahəsində strateji xəttimizdir. Dövlət müstəqilliyimiz, milli mənafeyimiz məktəbi ağıl, intellekt məorkəzinə, Azərbaycanı isə intellekt ölkəsinə çevirməyi tələb edir və bu proses sürətlə davam edir.
Ümummilli lider Heydər Əliyevin milli təhsilimizə qayğı və diqqəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbii ki, bu məsələdə Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır. Sevindirici haldır ki, son dövrdə Bakı şəhərində və eləcə də respublikamızın ayrı-ayrı regionlarında dünya standartlarına cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Məktəblər yeni və müasir avadanlıqlarla təchiz olunmuş, təlim-tərbiyənin səviyyəsi yüksəldilmiş, müəllimlərin əmək haqqı artırılmışdır.
Azərbaycan təhsilinin unudulmaz himayəçisi Heydər Əliyev xalqımızın son minillik tarixi ərzində yetirdiyi ən böyük siyasi xadimdir. Onun şəxsiyyətində ən yüksək dövlət xadiminə xas keyfiyyətlər birləşirdi. O, həm xilaskar, həm qurucu, həm rəhbər, həm müəllim, həm də tələbkar bir lider idi. Bu bənzərsiz insanın həyatı bütövlükdə Azərbaycan xalqına və dövlətinə xidmətdə keçmişdir. Heydər Əliyev ömrü bir qəhrəmanlıq dastanı, insanlığa sədaqətlə xidmət nümunəsidir.
Biz təhsil işçiləri, cəmiyyətin önündə gedən ziyalılar ulu öndər Heydər Əliyevin arzu və əməllərini daim dəstəkləmişik. Həmin əməllər bu gün də xalqımızın inkişafı və tərəqqisi yolunda məşəl və yeni nəsillər üçün örnəkdir. Biz bundan sonra da təhsilimizin inkişafı yolunda əlimizdən gələni əsirgəməyəcək, qarşımızda duran vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.{nl}

Sevinc ƏLİYEVA, Xırdalan şəhər 1 saylı orta məktəbin direktoru, YAP Abşeron rayon təşkilatı qadınlar şurasının sədri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında