Dövlət Miqrasiya Xidmətinə ekskursiya Binəqədi rayon məktəblilərinin böyük marağına səbəb olub

Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılmasının 10 illik yubileyi  münasibətilə təsdiq edilmiş tədbirlər planına əsasən Binəqədi rayon məktəblilərinin növbəti qrupunun xidmətin aparatına ekskursiyası təşkil edilib.

Məktəblilər DMX-nın qəbul və gözləmə zalları, “Çağrı mərkəzi”nin fəaliyyəti və əməkdaşların iş prosesləri ilə tanış olub, xidmətdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. 

Sonra xidmətin akt zalında Binəqədi rayon məktəbliləri ilə görüş keçirilib. Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev məktəbliləri salamlayıb və onlara xidmətin yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə iqtisadi-siyasi, sosial, mədəni, bir sözlə hərtərəfli dinamik inkişafı sürətləndirib. Qeyd edilən müsbət amillər respublikamızı əcnəbilər üçün olduqca maraqlı ölkəyə çevirib.

Görüşdə hüquq-mühafizə orqanı statusu daşıyan Dövlət Miqrasiya Xidmətinin ötən on il ərzində miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin beynəlxalq təşkilatlar, eləcə də ölkəmizə səfər edən xarici qonaqlar tərəfindən təqdir olunduğu bildirilib.

Sonra xidmət tərəfindən hazırlanan “Uzun səyahət” filmi nümayiş olunub.

Binəqədi rayon məktəblilərinin böyük marağına səbəb olan ekskursiyanın sonunda xatirə şəkli çəkdirilib və şagirdlərə hədiyyələr verilib.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında