Rumıniya-Amerika Universitetində Azərbaycanla bağlı konfrans keçirilib

Buxarestdəki Rumıniya-Amerika Universitetində Azərbaycana həsr olunmuş konfrans keçirilib. Tədbir universitet rəhbərliyinin, Buxarest Yazıçılar Assosiasiyasının, Azərbaycanın Rumıniyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə təşkil olunub. Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Tədbirdən əvvəl Rumıniya-Amerika Universitetinin rektoru, doktor Ovidiu Folkuts ilə Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor H.Qırbya, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İqbal Hacıyev və səfirliyin humanitar məsələlər üzrə attaşesi Fəxri Kərimli arasında görüş olub. Görüş zamanı O.Folkuts Azərbaycan haqqında belə bir tədbirin keçirilməsinə çoxdan hazırlaşdıqlarını, bu işdə həmin ali məktəbin müəllimi olan Şerban Corceskunun böyük əməyinin olduğunu bildirib. O, həmçinin rəhbərlik etdiyi universitetlə Azərbaycandakı ali məktəblər arasında əməkdaşlıq əlaqələrinin qurulması, gələcəkdə RAU-da təhsil almaq üçün Azərbaycandan tələbələrin cəlb olunması kimi layihələri həyata keçirmək niyyətində olduqlarını qeyd edib. Bildirilib ki, Rumıniya-Amerika Universiteti kimi nüfuzlu ali məktəbdə Azərbaycana dair ilk tədbirin keçirilməsi olduqca müsbət haldır və Azərbaycan tərəfi bu universitet ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır.
Universitetin konfrans salonunda keçirilən tədbirdə Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor Horia Qırbya Azərbaycan haqqında təəssüratlarını bölüşüb, ölkəmizə aid əlamətdar məqamları özündə ehtiva edən və şəxsən özünün müəllifi olduğu fotosərgini nümayiş etdirib. H.Qırbya Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələrindən bəhs edib və XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı faciəsi zamanı erməni silahlı qüvvələrinin törətdiyi vəhşilikləri xüsusilə vurğulayıb. Rumın yazıçısı, eyni zamanda, 20 Yanvar hadisələri, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və Quba kütləvi məzarlığı haqqında da ətraflı məlumat verib. H.Qırbya qeyd edib ki, xristianlığın dövlət dini elan edildiyi ilk ölkə Ermənistan deyil və Azərbaycanda daha erkən dövrlərə aid xristian abidələrinin aşkar edilməsi bu faktı bir daha sübut edir. Konfransın sonunda Rumıniya-Amerika Universitetinin rektoru doktor Ovidiu Folkuts, Buxarest Yazıçılar Assosiasiyasının sədri doktor H.Qırbya, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin rəhbəri İ.Hacıyev və səfirliyin humanitar məsələlər üzrə attaşesi F.Kərimli Azərbaycanla bağlı, o cümlədən Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin kökləri və Azərbaycan dövlətinin problemin həllinə dair mövqeyi ilə bağlı sualları cavablandırıblar.
Tələbələrlə əcnəbi diplomatların görüşü layihəsi çərçivəsində Azərbaycan Respublikasının Rumıniyadakı səfirinin bu ali məktəbə dəvət olunması barədə ilkin razılıq əldə olunub.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında