UNEC Dünya Bankının nəşrlərinə çıxış imkanı əldə edəcək

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə təhsil məsələləri meneceri Christian Aedo və təhsil məsələləri üzrə baş mütəxəssisi Jason Allen Wiever UNEC-də olub.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə qonaqlara İqtisad Universiteti barədə ətraflı məlumat verilib. Rektor dünya səviyyəli universitetlər sırasında qərarlaşmağı hədəfləyən UNEC-in beynəlxalq əlaqələrinə xüsusi diqqət çəkib. London Universiteti (University of London) / London İqtisadiyyat Məktəbinin (London School of Economics) bakalavr diplomunun UNEC-də əldə etmək imkanları və Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramından söz açıb. Beynəlxalq İqtisadiyyat Məktəbi və UNEC Biznes Məktəbinin fəaliyyətini vurğulayıb.

Dünya Bankının nümayəndələri bildiriblər ki, səfərlərinin məqsədi Azərbaycanın ali təhsil sistemindəki prioritetləri öyrənməkdir. UNEC-də həyata keçirilən layihələri yüksək qiymətləndirən qonaqlar Elektron Universitet Modeli ilə Differensial əməkhaqqı sistemini dünya təhsil məkanına inteqrasiyada müsbət addım adlandırıblar. Xarici universitetlərdən məzun olan gənc mütəxəssislərin UNEC-ə cəlb edilməsini təqdirəlayiq  hesab ediblər.

Görüşdə Dünya Bankının UNEC-in inkişaf strategiyasına dəstəyi müzakirə edilib.  UNEC-in Dünya Bankının təhsilyönümlü nəşrlərinə çıxış əldə etmək imkanı, eyni zamanda beynəlxalq təhsil və tədqiqat layihələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Elnarə Ömərova

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında