Qusarda Şahdağ Regional Turizm Peşə Məktəbi fəaliyyət göstərəcək

Son illərdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sənayesində uğurla həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda turizm sahəsinin inkişafı üçün münbit şərait yaradılmış və milli turizm kompleksinin rəqabətə davamlılığı nəzərəçarpacaq dərəcədə  yüksəldilmişdir.

Görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 sentyabr 2016-cı il tarixli sərəncamlarının müvafiq bəndlərində turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə- ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradılması məqsədlə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Qeyd edilən sərəncamların icrası ilə əlaqədar “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” otelinin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional ­Turizm Peşə Məktəbi yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir.

ATMU-nun mətbuat xidmətindən bildiriblər ki, bu məqsədlə Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 23 dekabr 2016-cı il tarixli əmri ilə Şahdağ Regional Turizm Peşə Məktəbi ilə bağlı Komissiya yaradılmışdır. Təşkilati komissiyanın ilk iclası 2017-ci il yanvarın 9-u tarixində Azərbaycan Turizm və Menecment Universitetində keçirilmişdir. Komissiyanın üzvləri yanvarın 10-da “Şahdağ Turizm Mərkəzi”nə səfər etmiş, müvafiq qurumun idarə heyəti ilə görüşmüşlər. Səfər zamanı onlar mövcud infrastrukturla tanış olmuş, zəruri kadr potensialının formalaşdırılması məsələləri hərtərəfli araşdırılmışdır.

Onu da qeyd etmək lazımdır ki, Şahdağ Regional Peşə Məktəbinə ilk şagird  qəbulunu  2017-2018-ci tədris ilində mehmanxana qeydiyyatçısı, ofisiant-barmen,  dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyyatçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə qəbulun keçirilməsi planlaşdırılır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında