Azərbaycan Diplomatik Akademiyasında xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı keçirilir

Azərbaycan Diplomatik Akademiyasında (ADA) xaricdə təhsil alan fəlsəfə doktorlarının üçüncü illik seminarı keçirilir.
ADA-dan bildirmişlər ki, seminarda xarici universitetlərdə sosial elmlərin müxtəlif sahələri üzrə elmi tədqiqatla məşğul olan 23 azərbaycanlı fəlsəfə doktorları və namizədlər iştirak edir. Onlar dünyanın 14 aparıcı universitetində təhsil alırlar.
Akademiyanın rektoru Hafiz Paşayev bildirmişdir ki, xaricdə təhsil alan azərbaycanlı fəlsəfə doktorlarının ölkəyə qayıtması həm elmin, həm də təhsil sisteminin inkişafına ciddi töhfələr verəcəkdir.
Seminarda iştirak edən təhsil naziri Misir Mərdanov demişdir ki, Azərbaycanda elm və tədrisin dünya standartlarına çatdırılması ölkənin prioritet vəzifələrindən biridir.
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev isə qeyd etmişdir ki, seminara qatılan doktorantlar müəyyən müddətdən sonra təkcə tədrisə deyil, elmin inkişafına da yardımçı olacaqlar. Fond indidən bu gənclərlə əməkdaşlıq qurmaqda maraqlıdır.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında