Bakı Ali Neft Məktəbində layihə iştirakçıları mükafatlandırılıb

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilmiş “Kvant fizikası gənc alimlərin təqdimatında” layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.

BANM-dən bildirildiyinə görə, tədbirdə bu ali məktəbin rektoru Elmar Qasımov fondun fəaliyyətini yüksək dəyərləndirib, gənclərə göstərilən dəstəyə görə qurumun rəhbərliyinə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, müxtəlif ideya və təşəbbüslərin reallaşmasında fondun gənclərə kömək göstərməsi dövlətimizin gənclər siyasətinin uğurla həyata keçirilməsinə xidmət edir.

Müvafiq təşəbbüs haqqında ətraflı məlumat verən layihənın rəhbəri, BANM-in tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı bildirib ki, layihə gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə ötən ilin noyabrında başlayıb və beş həftə davam edib. Bütün təlimlər BANM-də təşkil edilib. Layihənin təşkilat komitəsi bu ali məktəbin tələbələrindən ibarət olub.

Sonda fəallıqları ilə fərqlənən layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında