Pedaqoji Universitetdə qış imtahan sessiyasının monitorinqi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən İctimai Nəzarət Şurası qış imtahan sessiyasının keçirilməsi ilə bağlı ictimaiyyəti ətraflı məlumatlandırmaq üçün monitorinq keçirib.

Şura üzvləri ilə görüşən ADPU-nun rektoru, professor Cəfər Cəfərov ali məktəbdə yüksək keyfiyyətli təhsilin təşkili, müstəqil dövlətimizin çağdaş tələbatına uyğun kadr hazırlığı, imtahanların şəffaf və obyektiv aparılması ilə bağlı son vaxtlar həyata keçirilən əsaslı tədbirlər, gerçəkləşdirilən yeniliklər barədə məlumat verib. Ali məktəb rəhbəri qeyd edib ki, I kurs tələbələrinin və arzu edən digər kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılır. Digər kurs tələbələri isə VTS-TEST sistemi üzrə kompüter mərkəzində imtahan verirlər.

Bildirilib ki, universitetdə imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Gün ərzində 1800 nəfər tələbə yazılı qaydada, 1200 nəfər tələbə isə VTS-TEST sistemi üzrə kompüter mərkəzində imtahan verir. Yazılı imtahanların yoxlanılması üçün  xüsusi otaq ayrılıb. Yazılar şifrələnir, yoxlanılır və həmin gün qiymətlər elan olunur. Günün sonunda isə nəticələr ADPU-nun internet saytında yerləşdirilir.

QHT və KİV nümayəndələri, təhsil ekspertləri imtahanların gedişini izləyiblər.

Sonda Respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, “Cəmiyyət və Vətəndaş Münasibətləri” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə və digərləri  monitorinq,  imtahanların daha səmərəli təşkili ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında