Tarixi keçmişimizdən. Xalq qəhrəmanı Sultan bəy

Xalq qəhrəmanı, Zəngəzur mahalının igid oğlu, anadan olmasının 140 illiyi tamam olan Sultan bəyin soy-kюkü Zəngəzur qəzasının Qurdqajı (Kürdhacı) kəndi ilə bağlıdır. Pənahəli xanın XVIII əsrin ortalarıda yaratdığı Qarabağ xanlığında 24 mahaldan biri Qaraçorlu adlanırdı. Pənahəli xan Sarıcalı-Cavanşir boş bir sahə olan Qurdqajını Hacısamlı camaatının Qasımuşağı tayfasına verib. Xan onları Həmzə Sultan Qaraçorlunun dюrdüncü oğlu Nəbi bəyə bağışlayıb. Qaraçorlu mahalının naibi vəzifəsinə isə Hacısamlı icmasından olan Həmzə Sultanı təyin edib. O, bir müddət mahala başçılıq edib. Vəfat etdikdən sonra oğlanları mahal başçıları olublar. Həmzə Sultanın dюrd oğlu vardı: Fətəlixan, Fərzalı Sultan, Əsəd Sultan və Nəbi bəy.
Həmzə Sultanın kiçik oğlu Nəbi bəy Qasımuşağı obasının rəhbəri idi. Oğlu Xanmurad bəy Qasımuşağı obasında doğulmuşdu. Yetkinlik yaşına çatanda gюrüb ki, Qarabağın azadlığı əldən gedib. Pənahəli xanın yurdu ruslar tərəfindən talan edilib, ermənilər fəallıq edirlər. Məcbur olub dağlara çəkilir.
Xanmurad bəyin Əlipaşa bəy, Mehralı bəy, Şahmurad bəy, Əmirmurad bəy adlı oğulları və Mehribanu xanım adlı qızı vardı. Əlipaşa bəy 1837-ci ildə Qasımuşağı obasında dünyaya gюz açmışdı. Mədrəsə təhsili alıb maldarlıqla məşğul olmuşdu. Zərif, zarafatcıl kişi imiş. Ən yaxın dostu Biçənisli Aşıq Abbas imiş. Əlipaşa bəy Qarabağın Pərioğlular bəyliyindən Bəyim xanımla evlənmişdi. Sultan bəy, Rüstəm bəy, Xosrov bəy, İsgəndər bəy adlı oğulları və Aftab xanım adlı qızı vardı.
Zəngəzurda vətənpərvərliyi, səxavəti və mərdanəliyi ilə hюrmət və şюhrət sahibi olmuş, Sultan bəy Əlipaşa bəy oğlu 1871-ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında (Kürdhacı kəndində) anadan olmuşdu. Əlipaşa bəy uşağa юzünün ana babası Əsəd Sultanın adını qoyub. Get-gedə uşağın adındakı Əsəd unudulub, Sultan qalıb. Hamı onu Sultan bəy çağırırmış. O, bюyüyəndə anasına oxumaq istəyini bildirib. Bəyim xanım oğlunun istəyini atasına çatdırıb. Əlipaşa bəy obalarının savadlı adamı Molla Xudaverdi Tanrıverdi oğluna balaca Sultana dərs verməyi tapşırıb. Bir neçə ildən sonra Əlipaşa bəy oğlunu Şuşa qəza məktəbinə gюndərib. Sonra o, Gəncə şəhərində gimnaziyada təhsilini davam etdirib. Orta təhsilini tamamlayıb Sankt-Peterburq şəhərinə gedib. Orada hərbi akademiyaya daxil olub. Lakin o, təhsilini yarımçıq qoyub geri, doğma Laçınına qayıdıb.
Sultan bəy bюyük mülk sahibi olmuş, Teymur bəyin qızı Dilrüba xanımla ailə qurmuşdu. Onun Ənvər bəy, Çingiz bəy, Yusifkamal bəy adlı oğulları və Bəyimxanım adlı qızı olub. Sultan bəy юz obasında əvvəlcə maldarlıqla məşğul olub. Yerli və xarici cinsdən olan çoxlu inək alıb, dağlarda bəsləyib. Ata-baba peşələri olan qoyunçuluğu daha da inkişaf etdirən Sultan bəy yağ-pendir zavodu tikdirib. O, maldarlıqla yanaşı, meşəçiliklə də məşğul olub. Hacısamlı meşələrində taxta istehsal edib, xarici bazarlarda satıb. Sovet dюvlət xadimi Nəzər Heydərov "Zəngəzur dağlarında" əsərində Sultan bəyin meşəçiliklə bağlı fəaliyyətindən də bəhs edib.
Onun təsərrüfatla məşğul olduğu vaxtlardan - 1905-ci ildən erməni vəhşilikləri başlamışdı. Türklərə potensial düşmən olan ermənilər çar məmurlarının dəstəyi ilə qanlı qırğınlar tюrətmişdilər. Qoca, qarı, xəstə və uşaq olmasının fərqinə varmadan, yalnız türk olduqlarına gюrə əllərinə keçənə işgəncə verən ermənilərə qarşı mübarizəyə başlayan Sultanovlara Əlipaşa bəy başçılıq etmişdi. Əlipaşa bəy nəinki Zəngəzur qəzasının, hətta Qarabağın və Şuşa şəhərinin də müdafiəsinə qalxmışdı. Onun ən yaxın kюməkçisi isə bюyük oğlu Sultan olmuşdu. 1905-1907-ci illərdə erməni vəhşiliyinə qarşı apardığı qorxmaz mübarizə onu el qəhrəmanına çevirmişdi.
Əlipaşa bəyin ikinci oğlu Rüstəm bəy neft sahəsində çalışırdı. Əlipaşa bəyin üçüncü oğlu Xosrov bəy ali təhsilli həkim idi. AXC dюvründə Azərbaycanın ilk hərbi naziri, sonra ikinci hюkümətdə əkinçilik naziri və 1919-cu ilin 15 yanvarından isə Qarabağın general-qubernatoru olmuşdu. Əlipaşa bəyin dюrdüncü oğlu İsgəndər bəy юz obalarında yaşamış, maldarlıqla məşğul olmuşdu.
Mir Mюhsün Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" adlı əsərində Əlipaşa bəy Xanmurad bəy oğlunun və dəstəsinin erməni quldurlarına qarşı apardıqları mübarizədən geniş bəhs edilib. Erməni hücumlarının qarşısını almaq üçün biçənis müsəlman kəndindən və başqa kəndlərdən 300 nəfərə qədər igid və qeyrətli cavan toplayan Əli paşa bəy o vaxt erməniləri yerində oturtmuşdu.
1914-cü ildə başlanan I dünya müharibəsi və 1917-ci il inqilabları ermənilərin "Bюyük Ermənistan" yaratmaq iddiaları üçün əlverişli şərait yaratmış oldu. 1918-ci ilin martında erməni quldurlar Bakıda misilsiz soyqırım tюrətdi. Aprel-may aylarında erməni-bolşevik quldurları qəzalara hücum etdilər. Onlar Şamaxıda, Qubada, Lənkəranda və başqa bюlgələrdə daha kütləvi qırğınlar tюrətdilər. Bu zaman Sultan bəy yenidən Zəngəzur bюlgəsində azğınlaşmış erməni quldurlarına qarşı mübarizə meydanına atıldı. Sultan bəyin torpaqlarımızın qorunması uğrunda gюstərdiyi qəhrəmanlığın nюvbəti hissəsi 1918-ci il hadisələri ilə bağlıdır. Ulu юndər Heydər Əliyev 1996-cı il mayın 6-da Laçın və Şuşa ictimaiyyəti ilə gюrüşu zamanı demişdi: "Burda Sultan bəyin adı çəkildi. O, cəsur bir qəhrəman olub".
Erməni ordusunun komandanı Andranik, nə yolla olursa-olsun, юz silahlı qüvvələri ilə Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hюkümətinə qarşı qaldırmaq, təxribatlar tюrətmək və itaətsizlik yaratmaq istəyirdi. Xosrov bəyin Qarabağın general-qubernatoru təyin edilməsini eşidən Andranik Sultan bəyin qorxusundan Qarabağa keçə bilməyəcəyini yəqin edir. Buna gюrə də hiyləyə əl atır. Sultan bəyin kirvəsi Saşa adlı ermənini bir neçə nəfərlə Sultan bəyin yanına danışığa gюndərir ki, bəy bizdən nə qədər qızıl istəyirsə verməyə hazırıq, Qarabağa keçməyə icazə versin. Ordakı ermənilərin təsərrüfat işlərinə kюmək etmək istəyirik.
Sultan bəyin isə gizli planlardan xəbəri var imiş. Qardaşı Xosrov bəy də onu Andranikin Qarabağa keçmək cəhdindən xəbərdar etmişdi. Sultan bəy Saşanı aldadaraq cavab verir ki, biz bir-birimizi neçə illərdir tanıyırıq, kirvəlik edirik. Bizim aramızda heç bir qızıl və yaxud da alver sюzü ola bilməz. Mən Andranikin çoxminli qoşununu silahla burdan buraxsam camaat mənə nə deyər. Xosrov qardaşım olsa da hюkümət adamıdır. Dəliqanlı cavanlardan ehtiyat edirəm, bilsələr qarışıqlıq salarlar. Gərək mən təyin etdiyim adamların iştirakı ilə bütün silah və sursat sюkülüb atlara, qatırlara və arabalara yüklənsin. Səhər alaqaranlıq buralardan elə keçəsiniz ki, heç kimin xəbəri olmaya. Bizim adamlar Qala dərəsinə qədər bələdçilik edərlər.
Andranik isə gizli yolla Şuşa erməniləri ilə danışmışdı ki, o, gecə vaxtı Şuşaya çatacaq, qala qapısını açsınlar, sakitcə Şuşaya daxil ola bilsin.
Sultan bəy Zabux çayından Qaladərəsinə qədər on beşə qədər silahlı dəstədən ibarət pusqular düzəldir. Beləliklə, Andranikin əliyalın qoşunu soyuq qış gecəsində qəflətən hər tərəfdən hücuma məruz qalır. Yoldan kənarda qərarlaşmış dюyüşçülər iri qayaları hellədərək onların üstünə tюkür və yolu bağlayırlar. Bir günlük qanlı dюyüşdə Andranikin 30 minlik qoşunu məhv edilir. Silah yüklü arabalar və qatırlar ələ keçirilir. Dюyüşlər zamanı Andranik, demək olar ki, bütün qoşununu itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapır. Dюyüş gedən dərə bundan sonra xalq arasında "Qanlı dərə" adlandırılmışdı.
Sultan bəyin igidliyi sayəsində Qaragюl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmışdı. İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında məhv edilmişdi. Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənmişdi. Bu məğlubiyyətdən sonra daha da azğınlaşan Andranik Azərbaycanın bu bюlgəsində daim sabitliyi pozmaq, Zəngəzur və Qarabağ torpaqlarını işğal etmək üçün bolşevik Rusiyasının dəstəyi ilə yeni silahlı qruplar yaratmışdı. Bütün bunlara baxmayaraq, Andranikin юz daşnak ordusu ilə Laçının Zabux dərəsində Sultan bəy tərəfindən sarsıdıcı zərbə alaraq məğlubiyyətə uğraması ilə onun Qarabağı, sonra isə Gəncəni tutmaq, S.Şaumyanın bolşevik-daşnak hərbi hissələri ilə birləşərək Şimali Azərbaycanda erməni hakimiyyətini qurmaq planı məhv olmuşdu. Sultan bəyin və qardaşı Qarabağ general-qubernatoru Xosrov bəyin xalqımız qarşısında xidmətləri misilsizdir. Onlar yalnız Zəngəzur və Qarabağın deyil, Kəlbəcərin, Basarkeçərin və digər ərazilərimizin də erməni quldurlarından qorunmasında hünər və qeyrət gюstərmişlər.
1920-ci ildə Azərbaycanda sovet imperiyası юz hakimiyyətini qurdu. Bu vaxtdan etibarən Azərbaycan bəyləri юz vətənlərində qaçaq vəziyyətində yaşamağa başladılar. Sultan bəy sovet hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində "Gorgahat"ın meşəsində gizlənirdi. Ermənilərin hiylələri ilə bolşeviklər Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqlab Komitəsinə müraciət edib. Buradan ümidverici cavab almadığına gюrə o, İran şahına üz tutur. İranda Rusiyanın və erməni cəsuslarının çox və qüvvətli olmasına baxmayaraq Şah Sultan bəyin müraciətini qəbul edib. Sultan bəy qardaşları Xosrov bəy və İsgəndər bəyilə düşmənlərdən qoruduğu vətəndən mühacirət etməli olub.
Sovet imperiyasının gюndərdiyi xüsusi cəsuslar İranda da at oynadırdılar. Tez-tez qətllər tюrədirdilər. Gюndərilmiş xüsusi cəsuslar Sultan bəyin qardaşı İsgəndər bəyi юldürdükdən sonra vəziyyətin pis olduğunu gюrən İran şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türküyə dюvlətinə müraciət etməyi məsləhət gюrüb. Türk dюvləti 1923-cü ildə Sultan bəyi və Xosrov bəyi rəsmi keçidlə qarşılayıb. Mustafa Kamal Atatürkün Sultan bəyə bюyük hюrməti olub. Ona Qars vilayətinin Kюçqoy kəndində mülk və malikanə verilərək təhlükəsiz həyat şəraiti yaradılmışdı.
Sultan bəy 1955-ci ildə Kюçqoy kəndində vəfat etmişdir. Bu barədə Türkiyə radiosu belə bir xəbər yayıb ki, "Tacirlər-taciri Sultan bəy 1955-ci ildə 79 yaşında vəfat etdi. Tanrı ona rəhmət etsin".
Sultan bəy mühacirətdə olarkən onun ailəsi olmazın müsibətlər çəkib. 1923-cü ildə onlar bəyin Ağdamda olan mülklərinin birində qohumların himayəsində yaşayıblar. 1930-cu ildə qardaşı Rüstəm bəy ailəni Bakıya gətirib. Otuzuncu illərin həyacanlı gecələrinin birində qapı dюyülür, NKVD-dən gələnlər onlara bildirirlər ki, evdən heç nə gюturmədən həbs olunursunuz. 1937-ci il noyabrın 2-dən 3-nə keçən gecə Sultan bəyin ailə üzvləri, Leninqraddan yenicə qonaq gəlmiş qızı Bəyim xanım və hələ bir yaşı tamam olmamış uşağı həbs olunurlar. Əvvəlcə Bayıl türməsinə, oradan Gəncə türməsinə və bir ay sonra isə Qazaxıstana sürgün olunurlar. Onlar yalnız evdən yatacaq, bir də Sultan bəydən yadigar qalan Quranı və balaca xurcunu gюtürə bilmişlər. Sultan bəyin arvadı, üç oğlu və bir qızı 1956-cı ilə qədər Qazaxıstanda sürgün həyatı keçirdikdən sonra Azərbaycana gələ bilmişlər.
İndiyə qədər Sultan bəy və qardaşı Xosrov bəy haqqında geniş tədqiqat işi və araşdırma aparılmamışdır. Azərbaycan Dюvlət Arxivində və yazılı ədəbiyyatda məlum səbəblərdən Sultan bəy haqqında geniş materiala rast gəlinmir. Əldə olunan materiallar daha çox yaşlı nəslin nümayəndələrinin sюhbətləri və qeydləri əsasında toplanmışdır.{nl}

Şikar QASIMOV, Azərbaycan Texniki Universiteti tarix kafedrasının müdiri, professor

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında