Ölkənin aparıcı alimlərinin iqtisadi proseslərə münasibəti “UNEC Ekspert”də

İctimaiyyətin böyük marağına səbəb olan “UNEC Ekspert” jurnalının növbəti sayı təqdim edilib.

“UNEC Ekspert” jurnalının yeni sayında oxucular dünyada və ölkədə baş verən iqtisadi proseslərə ölkənin aparıcı alimlərinin münasibətini öyrənməklə yanaşı, onların təklifləri ilə də tanış olacaqlar. Məlumat-təhlil tutumu zəngin olan jurnalda iqtisadiyyatın müxtəlif sahələri üzrə ekspert yanaşmaları yer alıb. Beynəlxalq təcrübə geniş təhlil edilib.

Dünyanın mürəkkəb iqtisadi və biznes aləmindəki vəziyyətin rasional  proqnozlaşdırma və analitik təhlilə ehtiyac duyulduğu bir zamanda jurnalın məqalələri çox aktualdır. Bu baxımdan “İdman turizminin davamlı iqtisadi inkişafda rolu”, “Azərbaycanın kimya sənayesinin ixrac potensialı”, “Texnologiya tutumlu kənd təsərrüfatına doğru”, “Vergi məcəlləsinə dair təkliflər”, “Azərbaycanın iqtisadiyyatının rəqabət qabiliyyətinin artımında universitetlər necə kömək edə bilərlər?” başlıqlı araşdırma-təhlil məqalələri diqqəti daha çox cəlb edir.

Jurnal ildə iki dəfə olmaqla nəfis tərtibatla nəşr olunur.

Elnarə ÖMƏROVA

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında