Azərbaycan Universiteti ilə Azərbaycan Respublikası Auditorlar Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır

Azərbaycan Universiteti təhsilin inkişafı və dövlət təşkilatları, peşəkar qurumlar və biznes strukturları ilə təhsilin maraqlarının uzlaşdırılması, rəqabət qabiliyyətli milli kadrların yetişdirilməsi üçün yeni tərəfdaşlıq mühitinin formalaşdırılması, dünya elmi nailiyyətlərinin idarəetmənin və sahibkarlığın inkişafına yönəldilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsinə kömək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Auditorlar Palatası ilə əməkdaşlığa başlayır.
Müqaviləni Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən qurumun sədri Vahid Novruzov, Azərbaycan Universiteti tərəfindən isə ali təhsil müəssisəsinin rektoru Akif Musayev imzalamışlar.
Bundan sonra Auditorlar Palatası və Azərbaycan Universiteti ölkədə auditor xidmətinin dövlət tənzimlənməsinin və inkişafının təşkilini təmin etməklə sahibkarlığın rəqabət qabiliyyətliliyinin gücləndirilməsində, peşəkar milli kadrların hazırlığı sahəsində ictimai sifarişin formalaşdırılması prosesində palatanın fəallığının artırılması və təkmilləşdirilməsində, Azərbaycan Universiteti timsalında isə universitetlərin himayədarlar şuralarının dəyirmi masalarının formalaşdırılması və səmərəli fəaliyyətləri üçün kömək və himayəsinin təmin edilməsində, universitetin "Karyera mərkəzi"nin, maliyyə, mühasibat uçotu və audit sahəsində tələbə konsaltinq xidmətinə metodoloji yardım və digər sahələrdə əməkdaşlıq edəcəklər.
Tərəflər həmçinin universitet tələbələrinin Auditorlar Palatası və ona üzv təşkilatlarda sahə təcrübələri keçmələri üçün şəraitin yaradılmasında, tələbə və müəllim heyətinin sözügedən qurum tərəfindən təşkil olunan təlim və seminarlarda iştirakının təmin edilməsində, əməkdaşların təhsil və təlimlə bağlı beynəlxalq layihələrdə birgə iştirak etmələrinin təmin olunmasında, universitetdə Auditorlar Palatası mütəxəssislərinin mühazirələrinin təşkilində, ikitərəfli və çoxtərəfli əsasda informasiya mübadiləsi aparılmasında, məqsədli layihələrin işlənməsində, ölkədə mühasibatlığın və auditin beynəlxalq standartlara cavab verən işgüzar mühitinin formalaşmasında və digər məsələlərdə birgə çalışacaqları barədə razılığa gəlmişlər.
Rəsmi imzalanma mərasimindən sonra Auditorlar Palatasının sədri Vahid Novruzov və Azərbaycan Universitetinin rektoru Akif Musayev mətbuat nümayəndələrinin çoxsaylı suallarını cavablandırmışlar.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında