Ceyhun Bayramov: Təhsilin idarə edilməsində İKT-nin tətbiqi təkmilləşdiriləcək

“Bu il Azərbaycanda dərsliklərin elektron məzmunu istiqamətində də müəyyən işlər görülüb. Artıq elektron dərsliklərin sayı 188-ə çatdırılıb”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov “Elektron təhsil” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Ceyhun Bayramovun sözlərinə görə, bu günə kimi “Elektron dərslik” portalında 115 mindən çox daimi istifadəçi qeydiyyatdan keçib. Nazir müavini vurğulayıb ki, 2016-cı ildə portaldan istifadə edənlərin sayı ötən illə müqayisədə 4 dəfə artıb: “Xüsusi olaraq istedadlı şagirdlərin informatika fənni üzrə biliyinin aşkara çıxarılması, hazırlığı məqsədilə Fizika-riyaziyyat-informatika liseyində mərkəzlər və hazırlıq sinifləri yaradılıb. Hazırda 40 şagird üçün təlim keçirilir. Təhsil sistemində İKT-nin tətbiqi ilə yanaşı, bu sahədə çalışanların mövcud sahədə səriştəliliyi, hazırlığı vacibdir və bu yöndə müəyyən işlər görülür. Bu məqsədlə ixtisasartırma təlimləri təşkil olunub və 2016-cı ildə 2654 nəfər İKT sahəsində təlimlərdən keçib”.

C.Bayramov əlavə edib ki, təhsilin idarə edilməsində də İKT geniş tətbiq edilir. 2 il öncə Bakıda şagirdlərin I sinfə qəbulunun elektron qaydada həyata keçirilməyə başladığını deyən nazir müavini bildirib ki, 2016-cı ildə bu sistemdə bir sıra yeniliklər edilib: “2017-ci ildə isə mövcud sistemin təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Bundan başqa 2016-cı ildən tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinin elektron formada həyata keçirilməsinə başlanıb. Bunun gələn il genişlənməsi istiqamətində işlər aparılacaq. Bakıda və regionlardakı məktəblər yeni nəsil rəqəmsal laboratoriyalarla təmin olunub. Bu da tədris prosesində keyfiyyətin yaxşılaşmasına təkan verir. Uşaqların olimpiadalara  hazırlığı məqsədilə 5 məktəbdə robot texnologiyalara əsaslanan mərkəz təşkil olunub. Elektron təhsil sahəsində olan yeniliklər yalnız ümumi təhsillə yekunlaşmır, peşə və ali təhsil sistemində də geniş tətbiq olunur”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında