UNEC-də “I Universitetlərarası Ana dili” müsabiqəsi keçirilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “I Universitetlərarası Ana dili“ müsabiqəsi keçirilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilən müsabiqə “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi və “UNEC Yaradıcılıq Mərkəzi”nin  birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirin məqsədi milli sərvətimiz olan ana dilinin təbliğinə, onun gənclərə sevdirilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etməkdir.

Münsiflər heyəti – Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Zaur Əmiraslanov, filolologiya elmləri doktoru, professor Zahid Xəlil, yazıçı-ssenarist Vüsal Nuru və “Azəri Star” layihəsinin laureatı Aygül Məmmədova UNEC-də reallaşdırılan layihənin müxtəlif ixtisas sahibləri olacaq tələbələrin yaradıcılıq qabiliyyətlərinin də üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.

Nəhayət, 17 universitetin tələbələri şeir və mahnı kateqoriyaları üzrə bacarıqlarını sınayıblar. Gərgin keçən şeir müsabiqəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Ümman Budaqov I yerə, UNEC tələbəsi İqbal Bayramov II yerə, Sumqayıt Dövlət Universitetinin tələbəsi Əliyar Rəfiyev isə III yerə  layiq görülüb.

Ən yaxşı mahnı ifaçısı isə UNEC tələbəsi, gənc vokalçı Aslan Əzimzadə seçilib. II yerə ADMİU tələbələri Azər Səlimov, Ağayar Xanlarov, Cahandar Xanlarov, III yerə isə Odlar Yurdu Universitetinin tələbəsi Ənvər Məmmədhəsənov layiq görülüb.

Qaliblər diplom və mükafatla təltif ediliblər.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında