UNEC-in yaşıllıq zolağı salınıb

Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi ağacəkmə aksiyası keçirib.

Aksiyada UNEC rektoru, professor Ədalət Muradovla birlikdə universitetin professor-müəllim heyəti və tələbələr də iştirak ediblər. Aksiya zamanı universitetin kollektivi Badamdar qəsəbəsində yerləşən 2 hektar ərazidə 1500-dən artıq həmişəyaşıl tinglər əkib. Yeni salınan yaşıllıq sahəsində əkilən ağacların suvarılmasını, onlara aqrotexniki qaydada qulluğun göstərilməsini və ərazinin genişləndirilməsini bundan sonra UNEC həyata keçirəcək.

Aksiyanın əsas məqsədi  ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların salınması, bərpası və genişləndirilməsidir. Eyni zamanda, ölkədə həyata keçirilən ekoloji layihələrə, təşəbbüslərə UNEC-in dəstəyini göstərmək və insanların ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.

UNEC əməkdaşları və tələbələri gələcəkdə də genişmiqyaslı ağacəkmə kampaniyasında aktiv iştirak edəcəklər.

Elnarə Ömərova

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında