Sumqayıt Dövlət Universitetində görüş

Bədii yaradıcılığa şeirlə gələn, "Mən bir sapand daşıyam" adlı ilk şeirlər kitabını çap etdirən Əyyub Qiyas sonradan nəsr və dramaturgiyaya keçərək bir-birindən gözəl, həcmli əsərlər yazıb. 2003-cü ildə onun "Qara işıq" əsəri "İlin romanı" elan edilib. Məhsuldar yaradıcılıq prosesi keçən istedadlı yazıçının bu yaxınlarda müasirlərimizin həyatından bəhs edən "Köpək bürcü" adlı daha bir kitabı çap olunub.
Sumqayıt Dövlət Universitetində Əyyub Qiyasla keçirilən görüş də elə müəllifin son kitabının müzakirəsinə həsr edilmişdi. Humanitar fakültələrdə təhsil alan tələbələrin toplaşdığı görüşü universitetin prorektroru Nizami Namazov açdı. Dosent Aftandil Ağababanın Sumqayıtın hər zaman qaynar ədəbi mühitinin yetirməsi olan Əyyub Qiyasın yaradıcılığı barədə məruzəsi maraqla dinlənildi.
Sonra filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli özünəməxsus dəst-xətti ilə sənətinin çəkisini müəyyənləşdirən, düşüncə tərzini özəl şəkildə təqdim edə bilən Ə.Qiyasın "Köpək bürcü" əsərinin məziyyətlərini diqqətə çatdırdı.
Şair Elxan Zal Qaraxanlı və filologiya elmləri doktoru Ramazan Məmmədov əsər barədə fikirlərini söylədilər, müəllifi yeni yaradıcılıq uğuru ilə təbrik etdilər.
Universitetin tələbələrindən Günel, Məhəmməd, İradə, Aynur, Əsmər, Gülnar, Tural, Məryəm və başqaları əsəri hazırkı qarışıq ədəbi prosesin duruluq nümunələrindən biri kimi qiymətləndirdilər. Mistik təfəkkür simvolikalarının əsərin təsir gücünü artırdığını söylədilər və kitabı oxumaqlarını əbəs vaxt itkisinə aid etmədiklərini bildirdilər. Natiqlər yazıçının mənəviyyat məsələlərini daim önə çəkdiyini, sırf müsbət və ya sırf mənfi qəhrəman stamplarından imtina etdiyini, təzadlı xarakterləri inandırıcı bir tərzdə göstərdiyini nəzərə çatdırdılar.
Sonda yazıçı-dramaturq Əyyub Qiyas çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını çatdırdı, oxucuların suallarını cavablandırdı və yaradıcılıq planlarından danışdı.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında