UNEC professorunun kitabı oxuculara təqdim edilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan dili kafedrasının professoru Maarifə Hacıyevanın “Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabının təqdimatı keçirilib.

Xalq şairi Nəriman Həsənzadə əsəri yüksək dəyərləndirərək, onun Azərbaycanın mədəniyyəti, ədəbiyyatı, tarixi, etnoqrafiyası haqqında dəyərli əsər olduğunu bildirib. Tehrandan olan qonaq H.Soytürk fars dilində də çap edilən kitabın İran oxucuları üçün faydalı olacağını xüsusi vurğulayıb. Biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədov bildirib ki, UNEC-də yalnız görkəmli iqtisadçılar deyil, ədəbiyyat, mədəniyyət sahəsinə mühüm töhvə verən Maarifə xanım kimi görkəmli alimlər də çalışırlar.

Maarifə Hacıyeva bildirib ki, milli-mənəvi dəyərlərə daha çox üstünlük verdiyi kitabında müasir ədəbi proses, tarix və folklor qaynaqları,  müstəqillik dövründə əldə olunan ədəbi uğurlar, portretlər əsasında tədqiqat aparılıb, Türkiyə və Azərbaycan ədəbi mədəni əlaqələrinin tarixi köklərinə diqqət ayrılıb.

Sonda “Ədəbi qaynaqlar və ədəbi dəyərlər” kitabı müəllifin imzası ilə ilk oxucularına hədiyyə edilib.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında