Moskva Dövlət Universitetinin Bakı filialının əməkdaşları şimal bölgəsinin məktəbliləri ilə görüşüblər

Dekabrın 17-də Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının əməkdaşları ilə Xaçmaz və Quba rayonlarının ümumtəhsil məktəblərinin rus bölməsində təhsil alan XI sinif şagirdləri arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, Xaçmaz Tarix–­Diyarşünaslıq Muzeyində keçirilən görüşdə Dövlət İmtahan Mərkəzi Xaçmaz regional bölməsinin əməkdaşları, rayon təhsil şöbələrinin nümayəndələri, MDU-nun Bakı filialının rəhbərliyi, humanitar və tətbiqi elmlərin müxtəlif sahələrini təmsil edən alimləri, həmçinin ümumtəhsil məktəblərinin müəllim-şagird kollektivi iştirak ediblər.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının beynəlxalq əlaqələr üzrə prorektoru, professor Oktay Tağıyev çıxış edərək ali təhsil müəssisəsinin yaranma tarixi, fəaliyyət istiqamətləri, universitetdəki fakültələr, elm-təhsil və tədris mühiti haqqında ətraflı məlumat verib. Universitetdə tədris prosesinin təşkilindən, tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yaradılan şəraitdən danışan O.Tağıyev şagirdlərə gələcəkdə ali təhsil müəssisəsinə daxil olmaq üçün qəbul şərtlərini izah edib.

Görüşdə qeyd olunub ki, sürətlə inkişaf edən Azərbaycanda müxtəlif sahələrin ixtisaslı, peşəkar kadrlarla təmin olunması üçün həmişə bilikli və bacarıqlı gənclərə ehtiyac var. Ona görə də şagirdlər gündəlik dərslərinə daha səylə çalışmalı, qəbul imtahanlarında yüksək nəticə göstərməlidirlər. Onlar həm də düzgün ixtisas seçərək bilik, bacarıq və istedadlarını reallaşdıra biləcək, Azərbaycanın müasir inkişaf meyillərini özündə əks etdirən universitetlərə daxil olmalıdırlar.

Çıxışlarda MDU-nun Bakı filialında fəaliyyət göstərən tətbiqi riyaziyyat, fizika, kimya, iqtisadiyyat, filologiya, psixologiya fakültələrində təhsil almağın üstünlükləri izah olunub.

Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsinin nümayəndəsi şimal rayonlarının yuxarı sinif şagirdləri ilə MDU-nun Bakı filialının alimləri arasında keçirilən görüşün əhəmiyyətindən danışıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında