UNEC-də “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda seminar

Dekabrın 16-da “Praktik məsləhətlər üçün regional sessiya” mövzusunda ikigünlük seminar öz işini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) davam etdirib.

Seminar Təhsil, İqtisadiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, “Rusiya Vençur” şirkəti və “Global Venture Alliance” (GVA) Fondunun təşəbbüsü ilə təşkil edilib. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev İnnovativ Biznes İnkubatorda reallaşdırılan start-up layihələri barədə söz açıb, Texnologiya Transfer Mərkəzi haqqında məlumat verib.

Aparıcı təlimçi Maksim Kiselyov “İnnovativ start-up üçün liderlik və komanda işi” mövzusunda çıxış edib. O, start-up üçün liderin funksiyalarından söz açıb. Natiq uğurlu start-up şirkətlərinin timsalında liderlərin qiymətləndirilməsi və komandanın toplanması üsullarını izah edib. Start-up şirkəti üçün toplanan qrupun komandadan fərqi, liderin qrupda və komandadakı xüsusiyyətləri, komandanın formalaşma mərhələləri seminar iştirakçılarının xüsusi marağına səbəb olub. O, Belbin və Adizes nəzəriyyələrinə uyğun olaraq, komandada rolları açıqlayıb.

Liderin ünsiyyət bacarığından danışan M.Kiselyov istənilən auditoriya ilə səmərəli ünsiyyət qurmaq metodları, inandırıcı olmağın prinsip və texnologiyaları, komandanın qeyri-maliyyə motivasiyası yollarını izah edib. Komandanın əsas iştirakçılarının təyin olunması və onların motivasiyasının yüksəldilməsi sirlərini açıb. Komandanı ruhlandıracaq göstəricilər sistemi, strategiyanın, məqsədə çatmağın və motivasiyanın əlaqəsi, o cümlədən maliyyə və qeyri-maliyyə motivasiya balansı sahəsində biliklərini bölüşüb.

Müzakirələrdən sonra seminar öz işini yekunlaşdırıb. İştirakçılar seminarın innovativ sahibkarlıq fəaliyyəti üzrə lazımi bilik və bacarıqların aşılanmasında mühüm rol oynayacağını bildiriblər.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında