Nailiyyətlərimizin memarı

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib. ATMU-nun rektor səlahiyyətlərini icra edən, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Aslanov geniş məruzə ilə çıxış etdi.

E. Aslanov qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri dəqiq müəyyənləşdi. Dövlət həyatının bütün sahələrinin modernləşməsi mərhələsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında müasir dünya elmində və praktikasında mövcud olan bir sıra modellər sırasından mədəniyyətlərin dialoqu modeli seçilərək qəbul edildi. “Bu baxımdan 1993-2003-cü illər ərzində “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”,  “Muzeylər haqqında”  təxminən 20-dək qanun Milli Məclisdə qəbul edildi və ölkə Prezidenti tərəfindən təsdiqləndi. Təhsil və səhiyyə sistemlərində islahatlara başlanıldı, elm, ədəbiyyat və idmanda böyük uğurlar əldə edildi. Ümummilli lider Heydər Əliyevin uğurlu neft strategiyası ilə tarixi inkişaf şansı qazanan və ötən illərdə böyük tərəqqi yolu keçən Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişafı strategiyasına uyğun olaraq turizm ikinci prioritet sahə elan olundu. Təkzibedilməz faktdır ki,  Azərbaycanda turizmin dinamik inkişafı ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır”. E.Aslanov çıxışının sonunda “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən ulu öndərin həyat və geniş spektrli fəaliyyətini yol xəritəsi kimi zaman-zaman tədqiqat mövzusu olacağını bildirdi.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimində ATMU-nun dillər kafedrasının müdiri Kəmalə Kərimova, doktorantura və əlavə təhsil şöbəsinin müdiri Nəsrullah Nəsirli, turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov, dosentlər Məhərrəm Zülfüqarlı, İzzət Əfəndiyev, Sədaqət Mustafayeva və tələbələrin çıxışları mərasim iştirakçıları tərəfindən maraqla dinlənildi.

Anım mərasimi “Dahi şəxsiyyət” filminin nümayişi ilə başa çatdı.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında