ADU-da Milli Tempus İnformasiya gününə həsr olunmuş konfrans keçirilmişdir

Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Milli Tempus İnformasiya gününə həsr olunmuş konfrans keçirilmişdir.
ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov TEMPUS proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş və ADU-nun Avropa ölkələrinin qabaqcıl universitetləri ilə yalnız TEMPUS proqramı çərçivəsində deyil, uzun illərdir səmərəli əməkdaşlığa malik olduğunu qeyd etmişdir. Rektor TEMPUS proqramı çərçivəsində Azərbaycandan olan universitetin Avropa İttifaqı layihəsində ilk idarəçiliyi və Avropa ali təhsil ocaqlarının Azərbaycan tərəfindən ilk koordinasiyasını aparmasını Azərbaycan təhsilinin böyük uğuru kimi qiymətləndirmişdir. O, bu layihənin Azərbaycanın təhsil idarəçiliyində zəngin beynəlxalq təcrübə əldə edilməsi və təhsil sahəsində islahatların daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə etmişdir.
Təhsil naziri Misir Mərdanov Avropa İttifaqının Tempus proqramında ölkəmizin iştirakından danışmışdır. Nazir demişdir ki, Azərbaycan bu proqrama 1995-ci ildən qoşulmuş və 22 layihədə iştirak etmişdir. ADU-nun Tempus proqramının layihə koordinatoru seçilməsini yüksək qiymətləndirən M.Mərdanov universitetin Azərbaycanda aparıcı ali təhsil ocağı olduğunu vurğulamışdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia Azərbaycanla təmsil etdiyi qurumun əlaqələrindən söhbət açmışdır. Proqramın əhəmiyyətindən danışan R.Kobia Azərbaycanın bu layihədə iştirakını yüksək dəyərləndirmişdir. Onun sözlərinə görə, proqram Azərbaycan və Avropa təhsil müəssisləri arasında mövcud əlaqələrin daha da inkişaf etməsinə təkan verəcəkdir.
Tədbirdə TEMPUS proqramının ölkəmizdəki milli ofisinin rəhbəri Pərviz Bağırovun "Azərbaycanda Tempus və Milli Tempus Ofisinin rolu" və "Avropa Birliyinin digər proqramlarında Azərbaycan universitetləri üçün imkanlar", Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə İcraçı agentliyinin (EACEA) rəsmisi Franz Steidele 2010-cu ildə Tempus IV-ün xüsusiyyətləri və III təkliflərin nəticələri, eləcə də "Tempus proqramına müraciət etmək üçün yeni elektron qaydaları", ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın "Azərbaycan Dillər Universitetində Tempus layihələri" mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında