Lənkəran Dövlət Universitetində konfrans

Lənkəran Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Heydər Əliyevin elm və təhsil strategiyası" mövzusunda konfrans keçirilib.
Konfransdan əvvəl universitetin professor-müəllim heyəti və tələbələr Heydər Əliyev Xatirə parkında dahi rəhbərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Tədbir "Heydər Əliyev və İdarəçilik Məktəbi"ndə davam etdirilib.
Konfransı açan universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Asəf İsgəndərov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan elmi və təhsili konsepsiyasının zəngin mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf etdyini vurğulayıb. Rektor bildirib ki, Lənkəran Dövlət Universiteti bu gün ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən birinə çevrilib. Ölkəmizin müxtəlif müəssisə və təşkilatlarında çalışan məzunlarımız ümummilli lider Heydər Əliyev kursuna sadiq olduqlarını əməli fəaliyyətləri ilə sübut edirlər. Hazırda universitetdə 1500-dək tələbə təhsil alır, 300 nəfər gənc yeni ildə ali məktəbi bitirəcək.
Universitetin tarix və humanitar elmlər fakültəsinin dosenti, tarix elmləri namizədi Rakif İbadov məruzəsində bildirib ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikası onun siyasi kursunun davamçısı cənab İlham Əliyev tərəfindən regionun ən nüfuzlu və qüdrətli dövlətinə çevrilib. Elm və təhsilin inkişafı istiqamətində uğurlu addımlar atılıb.
Ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Mirhaşım Talışlı ulu öndər Heydər Əliyevlə görüşlərindən danışıb və dahi rəhbərə həsr etdiyi şeirini söyləyib.
YAP Lənkəran Dövlət Universiteti ərazi təşkilatının sədri, iqtisad elmlər namizədi Tofiq Paşayev, pedaqoji elmlər namizədi Afiq Əliyev respublikamızın iqtisadi, sosial və mədəni sahələrində, o cümlədən elm və təhsildə qazanılan nailiyyətlərin ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, təhsildə yeniləşmənin bu gün də uğurla həyata keçirildiyini vurğulayıblar.
Tələbələrdən Seymur Mustafayev, Urfanə Diyarova və başqaları ulu öndər Heydər Əliyev ideyalarına daim sadiq qalacaqlarını bildiriblər.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Səmədağa Abdullayev ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar rayonda görülən tədbirlərdən danışıb və qeyd edib ki, dahi rəhbərin adı müstəqillik tariximizdə daim yaşayacaqdır.
Sonra konfrans iştirakçıları universitetdə fəaliyyət göstərən Heydər Əliyev Xatirə muzeyinin eksponatlarına baxıblar.
Tədbirdə rayon təhsil müəssisələrinin və ictimayyətin nümayəndələri iştirak edirdilər.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında