ATMU ilə Azərbaycandakı Fransız İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransa Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şiterer  və təhsil əlaqələri  üzrə məsul şəxs Batist Minyo Azərbaycan Turizm və Menecment Universitetinin qonağı olub. Qeyd etmək lazımdır ki, Y. Şiterer həm də Azərbaycandakı Fransız İnstitutunun direktorudur.

 Ali təhsil müəssisəsində səmimi qarşılanan fransalı qonaqlara universitetdə rektor səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov Azərbaycan Turizm İnstitutunun Azərbaycan Turizm və Menecment Universitetinə kimi inkişafındakı 10 illik dövr barədə ətraflı məlumat verib. Universitetin fəaliyyətə başladığı ilk günlərdən dünyanın nüfuzlu ali məktəbləri ilə ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu vurğulayıb. Həmçinin bir sıra beynəlxalq statuslu turizm təşkilatları ilə ATMU arasında davam edən  çoxillik əməkdaşlığın uğurlu nəticələr verdiyini konkret faktlarla diqqətə çatdırıb. Dünyanın məşhur və gözəl diyarlarından biri kimi tanınan Fransa Respublikasının yüzillik turizm təcrübəsindən yararlanmağın əhəmiyyətli olacağına əminliyini bildirib. Hazırda ali təhsil ocağının 10 nəfərə yaxın tələbəsinin səfirlik və Azərbaycandakı Fransız İnstutunun dəstəyi ilə fransız dili kurslarında oxuması faktını xüsusi dəyərləndirib.

Öz növbəsində, Fransanın ölkəmizdəki səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri, Azərbaycandakı Fransız İnstitutunun direktoru Yohan Şiterer isə univertsitet rəhbərliyi səviyyəsində səmimi qarşılandıqları üçün E. Aslanova və digər görüş iştirakçılarına təşəkkür edib. Dünya çapında və ictimai fikirdə Azərbaycanın artıq turizm məkanı kimi tanındığını, turizmin strateji məqsədə xidmət etdiyini, eyni zamanda, fransız dilinin beynəlxalq dil statusu daşıdığını deyib. Bu baxımdan universitet tələbələrinin fransız dilini öyrənmələri üçün münasib şəraitin yaradılmasına hazır olduqlarını diqqətə çatdırıb.

Qarşılıqlı fikir mübadiləsindən sonra Azərbaycan Turizm və Menecment Universiteti və  Azərbaycandakı Fransız İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Cənab Y.Şiterer bağlanan müqavilənin  iki ölkə arasında təhsil əlaqələrinin inkişafı baxımından töhfə verəcəyinə əminlik ifadə edib.

Qeyd edək ki, anlaşmaya uyğun olaraq Azərbaycandakı Fransız İnstitutunun dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün tezliklə fransız dili və fransaşünaslıq kurslarının açılması nəzərdə tutulub.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında