UNEC-də konfrans: “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə”

Noyabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilib.

UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə bağlı Prezident İlham Əliyevin sərəncamından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə təhsil naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, təhsil sektorunda silsilə tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar var. Konfransın həmin tədbirlər planı çərçivəsində təşkil olunduğunu vurğulayan rektor, son 25 ildə ölkənin inkişafı yoluna nəzər salaraq, az müddət ərzində sosial-iqtisadi sahədə müşahidə edilən böyük nailiyyətlərdən danışıb.

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov “Müstəqil Azərbaycanın inkişafı rəqəmlərdə” mövzusunda çıxış edib. O, 1991-2015-ci illərdəki iqtisadi dinamikanı, mühüm statistik göstəriciləri, o cümlədən son 10 ildəki davamlı sosial-iqtisadi inkişafı rəqəmlərlə təqdim edib.

Y.Yusifov  həmin dövrlərdə elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə qeydə alınan artım dinamikasından danışıb.

UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov “Azərbaycan təhsili müstəqillik illərində” mövzusunda təqdimatında 1991-2016-cı illər ərzində təhsildəki inkişaf meyillərinə xüsusi yer ayırıb. Mərkəz direktoru ümummilli lider Heydər Əliyevin elm və təhsilə göstərdiyi diqqətdən danışaraq, son illərdə hər iki sahənin inkişafı istiqamətində atılan addımları statistik rəqəmlərlə qeyd edib.

Rektor Ə.Muradov UNEC-in əldə etdiyi bir neçə uğurlu nəticələrdən danışıb. Bildirib ki, ölkə üzrə MBA-da təhsil alanların 70 faizi UNEC-i seçib. Son açıqlamalara görə, bu göstərici yeni tədris ilində 6,2 faiz  artıb. Universitetdə pedaqoji heyətin orta aylıq əmək haqqının 981 manat olduğunu deyən rektor, aparılan struktur islahatları sayəsində müəllimlərin maaşlarının daha da artırılacağını qeyd edib. Ə.Muradov məqsədin universitetə daha peşəkar müəllimləri cəlb etməklə, tələbələrə verilən bilik səviyyəsinin artırılmasının olduğunu da vurğulayıb.

Rektor universitetin qazandığı nailiyyətlərin ictimaiyyətə daha dolğun çatdırılmasını təmin etmək məqsədilə “UNEC rəqəmlərdə” adlı məlumat kitabçasının dərc olunacağını qeyd edib.

Çıxışlardan sonra Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Müstəqil Azərbaycan 25 il” adlı kitabının ilk nüsxələri UNEC-ə hədiyyə edilib.

Elmi-praktik konfrans müzakirələrlə davam edib.

Sonda UNEC-də “Elm aylığı” çərçivəsində keçirilən elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. ­Universitetin professor-müəllim heyətinə diplom və sertifikatlar təqdim olunub.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında