UNEC-də “Elm aylığı” başa çatıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumdünya Elm Gününə həsr olunan “Elm aylığı” başa çatıb.

Yekun təbdirdə UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli “Elmin insan inkişafında rolu” mövzusunda məruzə edib. Professor Y.Həsənli elmin insan inkişafına təsirinin transmissiya mexanizmi və konsepsiyası ilə iştirakçıları tanış edib, elmin insan inkişafında təsiri ilə bağlı statistik göstəriciləri açıqlayıb.

Sonra Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov UNEC-də “Elm aylığı” çərçivəsində həyata keçirilən silsilə tədbirlər barədə hesabatla çıxış edib. Bildirib ki, UNEC-də elmi fəaliyyətin cəlbediciliyini artırmaq, universitetin professor-müəllim heyətini, tələbələri elmi-tədqiqat işlərinə stimullaşdırmaq, tədqiqatçı əməkdaşların potensialını üzə çıxarmaq, onları cəmiyyətə təqdim etmək məqsədilə oktyabr-noyabr ayları ərzində UNEC-də “Elm aylığı” keçirilib. Bu müddət ərzində universitetdə ölkənin tanınmış elm xadimlərinin də qatıldığı seminarlar, “dəyirmi masa”lar keçirilib, elmi müzakirələr aparılıb. Təhsil ekspertinin və universitetin professorlarının təqdimatında iqtisadiyyat üzrə Nobel mükafatçıları barədə məruzələr dinlənilib. Maraqla dinlənilən məruzələr universitetin rəsmi “facebook” səhifəsindən canlı olaraq yayımlanıb.

Məruzəçi UNEC-in Zaqatala filialında, eləcə də UNEC-in nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində elmi fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı elmi-praktik konfransların keçirildiyini diqqətə çatdırıb.

S.Yaqubov “Təhsil və elmin vəhdəti” mövzusunu əhatə edən və tədbirlər planı çərçivəsində keçirilən ilk TEDxUNEC konfransdan danışıb. Bildirib ki, konfransda elm və təhsil sahəsində böyük təcrübəyə malik məruzəçilər mövzu ilə bağlı dəyərli fikirlərini paylaşıblar.

Bildirilib ki, “Elm aylığı” çərçivəsində “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi keçirilib. Müsabiqəyə 10 professor, 17 dosent, 18 müəllim, 14 doktorant və dissertant,  27 magistr, 32 bakalavr olmaqla, 118 nəfərin məqaləsi daxil olub. Elmi məqalələr müsabiqənin müvafiq komissiyası tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında