Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılmışdır

Yaradılmasının 10 illiyini qeyd edən Bakı Slavyan Universiteti (BSU) xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin xarici ölkələrdə tədrisi və təbliği istiqamətində növbəti addımını atmışdır.
Dekabrın 9-da Minsk şəhərindəki Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində (BDPU) Bakı Slavyan Universitetinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təntənəli açılış mərasimi keçirilmişdir.
Mərasimdə Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev, Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Baranova, Bakı Slavyan Universitetinin nümayəndə heyəti, çoxsaylı jurnalistlər iştirak etmişlər.
70-dən çox ixtisas üzrə 18 min tələbənin təhsil aldığı Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışına həsr olunmuş təntənəli mərasimi giriş sözü ilə açan universitetin rektoru, professor P.Kuxarçik azərbaycanlı qonaqları və tədbir iştirakçılarını salamlayaraq, Belarusun təhsil sistemində xüsusi çəkiyə malik olan BDPU-da Azərbaycan guşəsinin yaradılmasını təkcə universitetin deyil, bütövlükdə respublikanın elmi və mədəni həyatında əlamətdar hadisə kimi qiymətləndirmişdir.
Professor P.Kuxarçik BSU-nun rektoru, professor K.Abdullayevi "BDPU-nun inkişafına töhfəyə görə" döş nişanı ilə təltif etmişdir.
Mərkəzin açılışı ərəfəsində 4-cu Ümumbelarus Milli Yığıncağında iştirak etmiş BSU rektoru K.Abdullayev tədbir iştirakçılarını və ilk növbədə, BDPU-nun kollektivini Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması münasibətilə təbrik etmiş, Azərbaycanı Belarusda təbliğ edəcək mərkəzə uğurlar arzulamışdır.
Tədbirdə çıxış edən Azərbaycanın Belarusdakı səfiri Ə.Nağıyev, Azərbaycan İcmaları Konqresinin sədri N.Bağırov, Minsk Dövlət Linqvistik Universitetinin rektoru professor N.Baranova, Belarus ali məktəbində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasını yüksək qiymətləndirmişlər.
Azərbaycan şairi Süleyman Rüstəmin şeirləri və Belarus xalqının folklor nümunələri ilə tədbirə xüsusi çalar verən tələbələrin çıxışından sonra K.Abdullayev yekun sözü söyləmişdir.
Sonra mərasim iştirakçıları mərkəzin kitab fondu, eksponatlar, əyani vəsaitlər, zəngin fonoteka, rəngarəng fotosərgi ilə tanış olmuşlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında