“ADA” Universitetində gəncliyin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu ilə bağlı müzakirələr aparılıb

Oktyabrın 24-də “ADA” Universitetində BMT-nin yaranmasının 71-ci ildönümünə həsr olunan “Gənclərə münasib dünya” mövzusunda tədbir keçirilib.

Tədbirdə hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakıda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, elmi təşkilatların üzvləri və başqaları iştirak ediblər.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai ötən 71 ildə BMT-nin gördüyü işlərdən bəhs edib. Vurğulanıb ki, BMT beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılmasında fəaliyyət göstərən universal təşkilat olaraq özünü qətiyyətlə formalaşdırıb.

Oktyabrın 24-ü tarixinin BMT günü kimi qeyd olunduğunu deyən Q.İsakzai diqqətə çatdırıb ki, gənclər dünyada cərəyan edən proseslərin fəal iştirakçılarıdır. Ötən ilin sentyabrında Azərbaycan BMT-yə üzv olan digər ölkələrlə birgə Dayanıqlı İnkişaf Məqsədlərini özündə əks etdirən Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyini qəbul edib. Gündəlik 2030-cu ilədək yoxsulluğa son qoymaqla qlobal iqtisadi rifahı, sosial inkişafı və ətraf mühitin qorunmasını təşviq edəcək. Q.İsakzai deyib: “Gündəlik gənclər üçün vacib yol xəritəsidir. Gənclərin inkişafı proqramı çərçivəsində Azərbaycan hökumətinə dəstəyimizi verməyə hazırıq”.

BMT-nin fəaliyyətindən, ölkəmizin bu təşkilatla əməkdaşlığından danışan “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev rəhbərlik etdiyi universitetin fəaliyyətə başladığı ilk günlərdən BMT-nin müxtəlif qurumları ilə əməkdaşlıq etdiyini vurğulayıb. Rektor deyib: “Gənclər müstəvisində BMT ilə əməkdaşlığın daha da inkişafının tərəfdarıyıq”.

Tədbirin əhəmiyyətini vurğulayan H.Paşayev qeyd edib ki, bu cür tədbirlərin təşkili üçün “ADA” Universitetində yaxşı imkan var. Bu baxımdan BMT-nin Azərbaycandakı nümayəndəliyi mühüm tədbirlərini universitetdə təşkil edə bilər.

Sonra “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin sədrliyi ilə, “Qlobal, regional və lokal kontekstdə gəncliyin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu” mövzusunda panel iclas keçirilib.

BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Edvard Karvardaynın moderatorluğu ilə keçirilən panel iclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Hongjoo Hahm, BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa çıxış edərək son illər dünyada, o cümlədən Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, islahatlardan danışıblar. Vurğulanıb ki, tədbirdə müvafiq sahədə qlobal miqyasda olan problemlərə diqqət yetirilməli, məşğulluq, işsizlik, yoxsulluq haqqında fikirlər bölüşülməlidir. Bu kontekstdə birgə tədbirlər keçirtməklə, yeni fikir və ideyaları bildirməklə uğurlu nəticələr əldə etmək mümkündür.

Müzakirələrdən sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Sonda BMT-nin Azərbaycandakı nümayəndəliyinin elan etdiyi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında