İyirmi beş illik çətin və şərəfli yol

Azərbaycan müstəqilliyini bərpa etdiyi son 25 il ərzində dünya səviyyəsində tanınan və sayılan  dövlətlərdən birinə çevrilib. İndi Azərbaycanın üçrəngli bayrağı dünyanın ən mötəbər qurumlarında dalğalanır...

Bu fikirlər Azərbaycan Tibb Universitetində (ATU) dövlət müstəqilliyinin 25 illiyinə həsr edilmiş geniş konfransda səsləndirilib. Giriş nitqi ilə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, hamımız bu yaxın keçmişə aid tariximizin şahidi olmuşuq: “25 il öncə Azərbaycan müstəqil dövlət kimi dünyada tanınmırdı.  Azərbaycanın nə müstəqilliyi vardı, nə bayrağı, nə də digər  dövlətçilik simvolları. Azərbaycan nümayəndəsi kimi mən xarici ölkələrə gedərkən “Azərbaycandanam” deyəndə, bu kəlmə bir çox əlavə suallar doğururdu”.

Professor G.Gəraybəyli xatırladıb ki, ötən əsrin sonlarında yenidən elan olunmuş müstəqilliyimizi itirmək təhlükəsi də olub. Torpaqlarımız işğal olunub, milyonlarla insanımız doğma yurdundan didərgin düşüb: “Böyük çətinliklə də olsa, xalqımızın şücaəti və ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində müstəqilliyi qoruyub saxlamaq mümkün olub. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində isə Azərbaycan hazırda dünya səviyyəsində nümunəyə çevrilib. Dünyanı qlobal böhran bürüdüyü bir vaxtda, Azərbaycan hər sahədə stabilliyini qoruyub saxlaya bilib. İstərdim ki, müstəqillik dövründə dünyaya göz açan gənclərimiz, tələbələrimiz bu tariximizi bilsinlər və qazandığımız azadlığa dəyər versinlər”.

ATU ictimai fənlər kafedrasının professoru Fəxrəddin Məmmədov çıxışında Azərbaycanın müstəqillik tarixinə ekskurs edib və tədbir iştirakçılarına həmin dövrdə yaşanan hadisələri xatırladıb. Professor qeyd edib ki, özünün 5 min illik dövlətçilik tarixi boyunca Azərbaycan daim müstəqillik uğrunda mübarizə aparıb və nəhayət 25 il öncə bu mübarizə qələbə ilə yekunlaşıb.

ATU-nun insan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev qeyd edib ki, müstəqillik hər bir xalqın ümdə arzusu olduğu bir halda, Azərbaycan millətini müxtəlif dövrlərdə azadlıqdan məhrum ediblər: “Müstəqilliyimizin bərpasından sonra Azərbaycan elminin, təhsilinin, idmanının hərtərəfli, genişmiqyaslı inkişafı ölkəmizin qüdrətli imkanlara malik olmasını, istedadlı xalq olduğunu ortaya qoydu”. M.Allahverdiyev bildirib ki, bu illər ərzində ümummilli lider Heydər Əliyev iki dəfə Azərbaycan Tibb Universitetində olub və məhz onun təşəbbüsü ilə ATU-da hərbi tibb fakültəsi yaradılıb. Həmçinin, hazırda dünya miqyaslı tibb müəssisələrindən geri qalmayan ATU klinikalarının yaradılması da ulu öndərin adı ilə bağlıdır.

Sonda ATU-nun II müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Xatın Məmmədova çıxış edərək müasir Azərbaycan gənclərinin şərəfli müstəqillik tariximizlə fəxr etdiklərini bildirib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında