Bakı Ali Neft Məktəbinin tələbəsi Heriot-Vatt Universitetinin mükafatını alıb

Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisası üzrə təhsil alan beşinci kurs tələbəsi Rafael Səmədov Böyük Britaniyanın Heriot-Vatt Universitetinin 2015/2016-cı akademik ili üzrə mükafatının qalibi seçilib.

BANM-dən bildirilib ki, R.Səmədov 2015/2016-cı akademik ili üzrə yüksək təhsil göstəricilərinə görə Böyük Britaniyanın Herriot-Vatt Universiteti tərəfindən sertifikata və pul mükafatına layiq görülüb.

BANM-in rektoru Elmar Qasımov R.Səmədovu təbrik edib, ona təhsildə uğurlar arzulayıb. Rektor gənc tələbəyə təhsil aldığı ali məktəbin adını hər zaman uca tutmağı tövsiyə edib.

R.Səmədov BANM-in yeganə tələbəsidir ki, akademik göstəricilərinə görə ixtisası və kursu üzrə Heriot-Vatt Universitetinin ən yaxşı tələbəsi olaraq həmin ali məktəbin təqaüdünə artıq ikinci dəfə layiq görülür.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında