UNEC magistratura pilləsində yeni standartların tətbiqinə başlayıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016/2017-ci tədris ilindən başlayaraq, magistratura pilləsində yeni standartların tətbiqinə başlanılıb. Yeni standartlara əsasən,  UNEC-in magistratura pilləsində 15 ixtisas üzrə tədris Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə və bu sistemə qoşulan ölkələrin təcrübəsinə əsaslanaraq aparılacaq.

Yeniliklərdən biri ondan ibarətdir ki, təhsil standartlarına uyğun keçirilən hər bir fənnin kreditlərinin sayı Avropa Kredit Transfer Sisteminə uyğun 6 AKTS olaraq müəyyənləşdirilib. Yeni standartlarla təhsil alan magistrlər dünyanın bir çox qabaqcıl universitetlərinə beynəlxalq təqaüd və mübadilə proqramları ilə müraciət edə biləcək və tədris olunan fənlərin uyğunlaşdırılmasında heç bir maneə ilə rastlaşmayacaq.

Magistratura təhsil pilləsi üzrə tətbiq olunan yeni standartların əsas məqsədi tədqiqat yönümlü və elmi araşdırmalar apara bilən akademik kadr yetişdirməkdir. Bu məqsədlə təhsil proqramında nəzəri təlimə ayrılan həftə sayı 30-a endirilərək, magistr dissertasiyası və elmi tədqiqatlar üçün həftələr artırılır. Tələbə iki semestr--hər semester 5 dərs olmaqla (bunlardan hər semester 3 məcburi, 2 seçmə fənni), ümumilikdə 60 AKTS-lik tədris müddətini başa vurur.

Üçüncü semestrdə magistrlərə “Tədqiqatlar, kommunikasiya və innovasiya” fənni tədris edilir. Dərs zamanı magistr elmi rəhbər ilə birliktə tədqiqatlar aparır, kommunitivlik bacarıqlarını, eyni zamanda, tələbə qiymətləndirmə metodlarını və dərslərdə akademik kadr olaraq iştirakı aktiv şəkildə öyrənir, elmi rəhbərlə bərabər, dərslərin tədrisində iştirak edir. 3-cü semestrin sonunda magistr dissertasiya işi ilə bağlı elmi rəhbərə hesabat verərək, biliyi qiymətləndirilir.

 4-cü semestrdə “Tədqiqat İşinin Aparılması” fənni tədris olunmaqla yanaşı, magistrlər elmi tədqiqat və elmi pedaqoji təcrübələrdə iştirak edir, dissertasiya işini hazırlayır. Fənnin tədrisinin ən əsas məqsədi magistrlərə elmi məqalə və məruzələrin hazırlanması, tədqiqat prosesinin aparılması, bu proses zamanı müasir proqram təminatı vasitələrindən və analiz metodlarından istifadənin öyrədilməsidir. Magistr dissertasiya işinin müdafiəsi ilə 120 AKTS-lik magistr təhsil proqramını tamamlayaraq məzun olur.

Magistr pilləsində akademik kadr, müasir, yüksək keyfiyyətli və beynəlxalq təcrübəli elmi tədqiqatçılar hazırlamaq üçün bütün ixtisaslar üzrə “Tədqiqat metodları” fənni məcburi dərs olaraq keçiləcək. Fənnin tədrisi beynəlxalq təhsil sisteminə inteqrasiyanı, müəllim-tələbə mübadiləsini də genişləndirəcək.

Standartlara uyğun olaraq müəyyənləşdirilən “Tədqiqat metodları” və ixtisaslar üzrə müasir problemlər fənlərindən əlavə, digər fənlər “Ali məktəb tərəfindən müəyyən edilən fənlər” blokuna daxil ediləcək. İxtisas və müvafiq ixtisaslaşmalar üzrə səriştələr (kompetensiyalar) və buna müvafiq fənlər isə ali təhsil müəssisələri tərəfindən müəyyənləşdiriləcək.

Yeni tədris proqramına əsasən, magistratura pilləsində məşğələ dərslərinin məsləhət saatları şəklində müzakirələrlə əvəz edilməsi, mühazirə və seminarların isə birləşdirilməsi nəzərdə tutulub.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında