ADİU-nun rektoru BVF və DB-nin illik toplantısında iştirak edib

UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru, professor Ədalət Muradov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) qrupunun illik toplantısında iştirak edib. Ə.Muradov toplantıya hər iki təşkilatın birgə dəvəti ilə qatılıb.

Xüsusi proqrama uyğun olaraq, Serbiya, Bosniya və Herseqovina, Salvador, İordaniya, Anqola, Fil Dişi sahili, Myanma (Birma), İndoneziya, Kolumbiya və Azərbaycandan dəvət olunan akademik dairənin nümayəndələri BVF-nin icraçı direktoru K.Laqard   və Dünya Bankının direktoru J.Kimin iştirakı ilə bir sıra müzakirələrdə iştirak ediblər.

Oktyabrın 7-də keçirilən BVF və DB-nin illik toplantısında Ümumdünya Ticarət Təşkilatının baş katibi R.Azevedo bildirib ki, qlobal iqtisadi artım tempinin azalması ilə bərabər, ticarətdə maneələr artıb, ayrı-seçkilik güclənıb. Bununla yanaşı, inkişaf etmiş ölkələrdə iqtisadi artım qeyri-barəbər bölünüb. O bildirib ki, ilin sonuna qədər imzalanacağı gözlənilən Ticarətə Yardım Sazişi inkişafda olan bir sıra ölkələrin ticarət xərclərini 15 faizə qədər azaldacaq.

K.Laqard BVF-in yaradıcılarından olan C.Keynsden   “bir çox hallarda çağırış yeni ideyaların inkişafından daha çox, köhnə ideyalardan uzaqlaşmaqdan ibarətdir” sitatını misal gətirərək, əsas prioritet kimi, “dəyişən BVF və dəyişən dünya”, müasir texnologiyaların vacibliyindən danışıb. O, rəqəmsal əsrə doğru inkişafı, inklüziv iqtisadi artımı təmin edən siyasəti və beynəlxalq əməkdaşlığı ön plana çəkib.

J.Kim Dünya Bankının əsas məqsədinin dünyada mütləq yoxsulluğun aradan qaldırılması olduğunu vurğulayaraq, inklüziv, dayanıqlı və daha yüksək artım tempinin təmin edilməsi üçün geniş əməkdaşlığın yaradılmasının vacibliyini qeyd edib infrastruktur layihələrin reallaşdırılmasının davam etdirilməsinin əhəmiyyətini bildirib.

Səfər çərçivəsində bir sıra müzakirələrdə iştirak edən Ə.Muradov BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd Əl Qorçi ilə də görüşüb. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat verilib. M.Qorçi Azərbaycandakı islahatları yüksək qiymətləndirib. Müzakirələr zamanı BVF-nin elektron kitabxanasına sərbəst çıxış imkanlarının yaradılması, BVF ilə UNEC-in birgə tədqiqatlar aparması, konfrans, seminar və “dəyirmi masa”ların təşkili təklif edilib.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında