UNEC X Beynəlxalq Təhsil Sərgisində

Oktyabrın 7-də Baku Ekspo Mərkəzində X Azərbaycan Beynəlxalq Təhsil Sərgisinın açılışı olub. Sərgidə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) öz stendi ilə təmsil olunub. Təhsil Nazirliyinin rəsmi dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə keçirilən yubiley sərgisində 14 ölkədən 118 ali və orta təhsil müəssisəsi iştirak edib.

Sərginin açılış mərasiminə qatılan təhsil nazirinin müavini Ceyhun Bayramov və nazirliyin digər əməkdaşları UNEC-in stendi ilə tanış olublar. Universitetin beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov nazir müavininə UNEC-dəki yeniliklər barədə ətraflı məlumat verib. Bildirib ki, 2016-2017-ci tədris ilində UNEC-i ən yüksək balla seçən tələbələrin sayında ciddi artım qeydə alınıb. Belə ki, bu il 291 tələbə 600-dən yüksək bal toplayaraq İqtisad Universitetinə daxil olub. Ş.Bayramov UNEC-in QS və Webometrics kimi beynəlxalq reytinqlərdəki mövqeyindən, hazırda uğurla həyata keçirilən “Elektron universitet” modelinin, Differensial əmək haqqı sisteminin universitetdə tədrisin keyfiyyətinin artırılmasına verdiyi töhfələrdən danışıb. Prorektor UNEC-də yeni tədris ilindən start verilən “Lider müəllim-lider universitet”, “Tədrisin keyfiyyəti tələbələrin gözü ilə” layihələrini xüsusi vurğulayıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramova ikili diplom, mübadilə, Mevlana və Erasmus+ proqramlarının uğurlu nəticələri barədə məlumat verilib.

C.Bayramov UNEC-də tətbiq olunan yenilikləri yüksək qiymətləndirib və uğurların davamlı olmasını arzulayıb.

UNEC-in beynəlxalq proqramları, distant, qiyabi və əlavə təhsilin təşkili və əcnəbilərin qəbulu prosesində elektron qaydaların tətbiqi, universitetdə 4 dildə tədris imkanlarının olması sərgi iştirakçılarının daha çox marağına səbəb olub. Stendə baxış zamanı ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında