Akademik Abdulla Qarayevin 100 illik yubileyi qeyd edilmişdir

Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində respublikamızda milli fiziologiya məktəbinin banisi, BDU-nun sabiq rektoru, əməkdar elm xadimi, akademik Abdulla Qarayevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Fizioloqlar Cəmiyyətinin VI qurultayı işə başlamışdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycanın ilk fizioloq alimi A.Qarayevin həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan elminə böyük töhfələr vermiş Abdulla Qarayev dövlətçilik, elm və təhsil tariximizdə unudulmaz izlər qoymuşdur. Alimin yubileyinin keçirilməsinin vətəndaşlıq, milli təəssübkeşlik və ideoloji baxımdan əhəmiyyəti böyükdür.
Akademik demişdir ki, A.Qarayev artıq 30 yaşında elmlər doktoru və professor adını almış, fiziologiya kafedrasının və Fiziologiya İnstitutunun yaradıcılarından olmuşdur. Akademik A.Qarayevin insan və heyvan fiziologiyası sahəsində apardığı tədqiqatlar bu gün də öz aktuallığını qoruyub saxlamışdır.
AMEA-nın A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru Telman Ağayev bildirmişdir ki, akademik Abdulla Qarayev bütün şüurlu həyatını fiziologiya, biologiya və tibb elmlərinin müxtəlif nəzəri və təcrübi sahələrinin inkişafına həsr etmişdir. O, nadir təfəkkürü, tükənməz qüvvəsi və bacarığı sayəsində adını Azərbaycanın elm tarixinə milli fiziologiya məktəbinin yaradıcısı kimi qızıl hərflərlə yazmışdır.
Bildirilmişdir ki, akademik A.Qarayev məhsuldar alim olmuşdur. O, 7 monoqrafiyanın, çox sayda dərslik və dərs vəsaitinin, 400-dən artıq elmi məqalənin müəllifidir. Abdulla Qarayevin elmi rəhbərliyi ilə 14 doktorluq və 70 namizədlik dissertasiyası müdafiə olunmuşdur. A.Qarayev 1968-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir.
Tədbirdə akademik Böyükkişi Ağayev, AMEA-nın müxbir üzvü Rafiq Qasımov və başqaları A.Qarayevlə bağlı xatirələrini söyləmişlər.
Aprelin 21-dək davam edəcək Azərbaycan Fizioloqlar Cəmiyyətinin VI qurultayı çərçivəsində 20-dən çox elmi məruzə dinləniləcək, qurultayın yeni idarə heyəti seçiləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında