Nobel mükafatçısı Tibb Universitetində mühazirə oxumuşdur

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Nobel mükafatçısının iştirakı ilə tədbir keçirilmişdir.

ATU-nun rektoru Gəray Gəraybəyli tədbiri açaraq, Azərbaycanda  belə  beynəlxalq tədbirlərin keçirilməsinin artıq gözəl bir ənənəyə çevrildiyini bildirmişdir. Qeyd etmişdir ki, belə mötəbər tədbirlərdən biri də ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə sabah paytaxtımızda başlanacaq V Bakı Beynəlxalq Humanitar Forumudur: " Bu forum həm Azərbaycan, həm də digər ölkələr üçün böyük önəm daşıyır. Artıq ənənəvi olaraq, belə forumlar çərçivəsində dünyanın tanınmış  insanları, dövlət xadimləri, siyasətçilər, alim və mütəxəssislər Azərbaycana gəlirlər. Qonaqların arasında dünyaca məşhur tibb alimləri  də olur. Onlar bizim cavan mütəxəssislərlə, həkim, rezident və tələbələrlə görüşlər keçirir, diskussiyalar aparırlar. Belə tədbirlərdən biri də bu gün universitetimizdə keçirilir. V Bakı Beynəlxalq Humanitar Forumuna qonaq qismində qatılan israilli professor Avram Herşko bu gün Azərbaycan Tibb Universitetinin qonağıdır".

Avram Herşko İsrailin Hayfa şəhərində Rappaport Universitetinin və Nyu-York Universitetinin bioüzvi kimya üzrə professorudur. O, digər israilli kimyaçılar Aaron Çexanover və İrvin Rouzla birgə 2004-cü ildə biokimya sahəsi üzrə Nobel mükafatına layiq görülmüşdür.

ATU-nun  rektoru G.Gəraybəyli A.Herşkonun ali məktəbin fəxri qonağı adına layiq görüldüyünü bildirmiş, onu diplom və universitetin medalı ilə təltif etmişdir.

Daha sonra söz alan professor Avram Herşko tədbir iştirakçılarına əvvəlcə özü haqqında məlumat vermişdir: “İlk növbədə, burada olmaqdan çox məmnunam.  Azərbaycanda Tibb Universitetində gənc həkimlərin, tələbə və rezidentlərin arasında olmaq mənə çox xoşdur. Mən hazırda Hayfa şəhərində Rappaport İnstitutunun və Nyu-York Universitetinin professoruyam. Azərbaycan və İsrail balaca ölkələr olsalar da, beynəlxalq əlaqələr istiqamətində böyük addımlara malikdirlər. İki ölkə arasındakı işgüzar münasibətlər inkişaf etməkdədir.”

Daha sonra israilli professor mühazirə oxumuşdur. Tədbir mühazirə ətrafında çoxsaylı suallarla davam etmişdir.

Q.PİRİYEV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında