“Lider müəllim-lider universitet” layihəsinə start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni "Lider müəllim-lider universitet" layihəsinə start verilib.

Layihənin əsas məqsədi UNEC-in professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi, onların elmi tədqiqata, şəxsi inkişafa, sosial fəaliyyətə, işgüzar əlaqələrə olan marağının artırılmasından ibarətdir.

Layihəyə uyğun olaraq pedaqoji heyət arasında "Lider müəllim - innovativ müəllim", "Lider müəllim - peşəkar müəllim", "Lider müəllim - tədqiqatçi müəllim", "Lider müəllim - sevimli müəllim", "Lider müəllim - təşəbbüskar müəllim", "Lider müəllim - ixtiraçı müəllim" və "Lider müəllim - özünü inkişaf etdirən müəllim" kriteriyaları üzrə müsabiqə keçiriləcək.

"Lider müəllim - innovativ müəllim" və "Lider müəllim - təşəbbüskar müəllim" üzrə qiymətləndirməni beş nəfərdən ibarət komissiya müəyyən edəcək. Onlar müsabiqədə iştirak edən müəllimə əvvəlcədən xəbər vermədən 4 dərsdə (2 mühazirə və 2 məşğələ olmaqla) iştirak edərək, meyarlar üzrə qiymətləndirmə aparacaqlar. Müsabiqənin yekununda ən yüksək nəticə göstərən müəllimlərin balları eyni olarsa, o zaman differensial əməkhaqqı sistemindəki "Tələbə məmnunluq anketi"ndə daha yüksək bal alan şəxs qalib seçiləcək.

 "Lider müəllim - innovativ müəllim" kriteriyasının qiymətləndirmə meyarları innovativ tədris metodlarından istifadə, Elektron – universitet modelindən yararlanma və tədris resurslarının yenilənmə səviyyəsinə görə 10 ballıq sistemlə aparılacaq. "Lider müəllim - təşəbbüskar müəllim" kriteriyası isə tədris prosesinin təkmilləşdirilməsi, işgüzar və ictimaiyyətlə əlaqələrinin inkişafı, eyni zamanda, idman və sosial mövzuda layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüsün sayına görə qiymətləndiriləcək.

Digər 5 kriteriya isə UNEC-də tətbiq edilən professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin müvafiq bölmələrinin nəticələrinə əsaslanaraq aparılacaq.

Müsabiqədə iştirak könüllülük əsasında olacaq. İştirak etmək istəyənlər üçün unec.edu.az saytında elektron ərizə forması yerləşdiriləcək. Komissiya daxil olan esseləri qiymətləndirərək, müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirəcək. Sonra müsabiqəyə qatılan müəllimlərin siyahısı elan ediləcək. Müsabiqə 2017-ci il iyunun 30-dək davam edəcək.

Elnarə Ömərova


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında