BANM-ə bu il qəbul olan 17 tələbə Prezident təqaüdçüsü adına layiq görülüb

Yeni dərs ilində Azərbaycan universitetlərinin reytinq birincisi olan Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan tələbələr içərisindən 685-700 balla yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si BANM-in tələbəsidir.  

2016/2017-ci tədris ilində  ali məktəblərə keçirilən qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi orta bal 667, maksimum nəticə 700 bal olub. I qrup üzrə keçirilən test imtahanlarında 700 bal toplayan hər iki tələbə Bakı Ali Neft Məktəbini seçib. Cari il BANM-ə qəbul olan 17 tələbə Prezident təqaüdçüsü adına layiq görülüb.

Xatırladaq ki, Bilik Günü münasibətilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu ali məktəbdə olarkən, kollektivi, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib,  Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan ali məktəbin qısa müddət ərzində infrastrukturunun, yüksək ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə edildiyini bildirib. Rövnəq Abdullayev BANM-də 2016/2017-ci tədris ilində bu işlərin davam etdiriləcəyinə, ali məktəbin fəaliyyətinin daha da genişlənəcəyinə, yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını ifadə edib.

V. BAYRAMOV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında