"Türk Dünyasının Fəxri elm adamı" mükafatı təqdim edilmişdir

TDABEA-nın həmin mükafatına layiq görülmüş üç ziyalıdan biri azərbaycanlıdır
"Azərbaycanın iti sürətli inkişafı, beynəlxalq aləmə inteqrasiyada qazandığı uğurlar, xüsusən, ümumtürk mədəniyyətinin qorunmasına və inkişafına azərbaycanlı ziyalıların verdiyi töhfələr hamının gözü qarşısındadır. Azərbaycan dövləti Türk dünyasının daha sıx əməkdaşlıq etməsi üçün qətiyyətli addımlar atdıqca, bu ölkənin ziyalıları da dünyanın müxtəlif guşələrindəki türk əsilli xalqlarla əlaqələri daha da dərinləşdirirlər. Həmin ziyalılardan biri də görkəmli yazıçı-filosof Hacı Fərhad Mirzədir. Həyatda hamının öz xidmətlərinə görə qiymətləndirilmək hüququ vardır və bu günki təltif Hacı Fərhadın yaradıcılığına türk dünyasının verdiyi qiymətdir". Bu fikirlər Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (Ankara şəhəri) "Türk Dünyasının Fəxri elm adamı" mükafatının təqdim olunması üçün Bakıda keçirdiyi mərasimdə səslənmişdir.
Tədbirdə Akademiyanın Ankara təmsilçisi, professor Xeyrəddin İvgin çıxış edərək adı çəkilən təşkilatın beynəlxalq aləmdə həyata keçirdiyi elmi araşdırmalar, qurumun tərkibində fəaliyyət göstərən Beynəlxalq Mükafat Komitəsinin apardığı sorğular, təsis etdiyi mükafatlar və laureatlar barədə danışmışdır. Natiq qeyd etmişdir ki, ümumilikdə bütün türk xalqları və dövlətləri üçün uğurlu olmuş 2010-cu ildə akademiya rəhbərliyi bu sahədə xidməti olmuş hər kəsin layiqincə qiymətləndirilməsinə çalışmışdır. Ankarada Anadolu türkcəsində nəşr edilmiş və bütün türk dünyasında böyük məhəbbətlə qarşılanmış "Kəlamlar" kitabının müəlifi Hacı Fərhad Mirzə də məhz akademiyanın mükafatına layiq görülən ziyalılardandır. İndi laureata təqdim olunan "Türk Dünyasının Fəxri elm adamı" mükafatına təxminən 20 ölkəni təmsil edən türk topluları arasında cəmi üç ziyalı layiq görülmüşdür. Hacı Fərhadın cəmiyyət həyatının bütün sahələrini əhatə edən dəyərli kəlamları Azərbaycan, türk, rus və ingilis dillərində bütün dünyanı dolaşır. Bu gün o təkcə Azərbaycan xalqının deyil, bütövlükdə hamımızın sevərək oxuduğumuz ortaq ziyalımızdır.
Avrasiya Yazıçılar Liqası Rəyasət Heyətinin üzvü, professor Elçin İsgəndərzadə, Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, Milli Aviasiya Akademiyasının professoru Maqsud Hacıyev, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, filologiya elmləri doktoru Ramiz Əsgər, tibb elmləri doktoru, professor Məmmədhüseyn Herisçi, Respublika səs yazıları arxivinin direktoru, əməkdar incəsənət xalimi Yaqub Mədətov, beynəlxalq müsabiqələr laureatı Həsən Cəbrayılov, jurnalist Teyfur Çələbi və başqa natiqlər yubilyarı təbrik etmiş, Azərbaycan-Türkiyə və Azərbaycan-Türk Dünyası əməkdaşlığının genişləndirilməsində xidməti olan hər kəsə, o cümlədən Xeyrəddin İvginə minnətdarlıqlarını bildirmişlər.
Bakı Musiqi Akademiyasının professoru, respublikanın xalq artisti Tofiq Bakıxanov öz çıxışında qeyd etmişdir ki, üç beynəlxalq akademiyanın akademiki, üç böyük ölkənin yazıçılar birliyinin üzvü, "Kəlamlar" kitabı üç qüdrətli ölkənin oxucularına təqdim edilən və hazırda ingilisdilli oxuculara da təqdim edilmək ərəfəsində olan Hacı Fərhad Mirzə təxminən 20 mükafata layiq görülüb. Ancaq mənim fikrimcə, filosofun ən dəyərli mükafatı məhz "Türk Dünyasının Fəxri alimi" mükafatına layiq görülməsidir. Çünki mən ona qədər türk ölkəsində, eləcə də türk toplumları yaşayan dövlətlərdə olmuşam və qardaş məhəbbətinin şahidi olmuşam. Ona görə də türk dünyasının fəxri alimi olmaq çox böyük fəxrdir.
Hacı Fərhadın yaradıcılığının bədii məziyyətlərindən söz açan qonaqlar onun yaradıcılığını yüksək qiymətləndirənlərə də öz təşəkkürlərini bildirmişlər. Tədbirdə paytaxtın elm, incəsənət xadimləri, musiqi ifaçıları və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

{nl}

İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında