Bakıda "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri metodoloji məsələləri" mövzusunda Beynəlxalq elmi konfrans başa çatmışdır

{nl}

Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın nəzəri metodoloji məsələləri" mövzusunda Beynəlxalq elmi konfrans dekabrın 2-də öz işini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda davam etdirmişdir.
Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev rəhbərlik etdiyi institutun fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Konfransın sonuncu günündə rusiyalı fəlsəfə elmləri doktoru Taisiya Radionova "B.Xlebnikov vahid intenologiya məkanında" mövzusunda məruzə ilə çıxış etmişdir. O, vurğulamışdır ki, B.Xlebnikovun yaradıcılığının nəzəri, bədii tərəflərini araşdırmaqla məşğul olan bir alim üçün bu konfransa qatılmaq çox önəmlidir. Çünki Bakı bu görkəmli şair və alimin yaradıcılığının bir növ son mənzili olmuşdur. Onun son əsərləri olan "Cəmiyyət və zaman" və "Taleyin lövhələri"nin parlaq səhifələri burada tamamlanmışdır. Bu gün velimerşünaslıqda azərbaycanlı alimlərin xüsusi çəkisi vardır.
Elmi konfransda, həmçinin filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevin "Kontekst və kod: yazarın dedikləri və oxucunun eşitdikləri", filologiya elmləri doktoru Nəsib Göyüşovun "Müsəlman mistisizmi və orta əsrlər ədəbiyyatı" mövzusunda məruzələri dinlənilmişdir.
Məruzələr ətrafında elm xadimlərindən Sara Osmanlı, Saleh bəy, İmamverdi Həmidov, Esmira Şükür, Vəli Osmanlı, Şirindil Alişanlı və başqaları çıxış edərək fikirlərini bölüşmüşlər.
Beynəlxalq elmi konfransı akademik Bəkir Nəbiyev yekunlaşdırmışdır.
AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında