Gələn il Bakı Dövlət Universitetinin nəzdində Konfutsi İnstitutu fəaliyyətə başlayacaqdır

{nl}

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yannyan dekabrın 3-də Bakı Dövlət Universitetində (BDU) olmuşdur.
Universitetin rektoru, akademik Abel Məhərrəmov ilə keçirilən görüşdə səfir BDU-da çalışan çinli müəllimlərə yaradılan şəraitə, eyni zamanda, Çinin Xarici İşlər Nazirliyi üçün yüksək səviyyəli kadrların hazırlanmasına görə minnətdarlığını bildirmişdir.
İki ölkə arasında təhsil və elm sahəsində əlaqələrin hazırkı vəziyyətinə toxunan akademik Abel Məhərrəmov bu günlərdə BDU və Anhoy Universiteti arasında bağlanmış sazişi yüksək qiymətləndirmişdir. Rektor bildirmişdir ki, BDU-nun nəzdində yaradılması nəzərdə tutulan Konfutsi İnstitutunun açılışı gələn ilin aprel ayına təyin edilmişdir. Anhoy Universiteti hər il bu instituta Çin dili və mədəniyyəti üzrə yüksək səviyyəli mütəxəssislər göndərəcək, onu dərslik və tədris vəsaitləri, audiovizual materiallarla təmin edəcəkdir. Bundan əlavə, Konfutsi İnstitutunun tələbələri hər il Anhoy Universitetində təcrübə keçəcəklər.
Sazişə əsasən, BDU instituta abituriyentlərin qəbul edilməsini, burada keçiriləcək müxtəlif tədbirlərin reklamını, tədris və elmi- tədqiqat seminarlarını, konfransları öz üzərinə götürür.
Görüşdə rektor ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin elmə, təhsilə verdikləri töhfələrdən danışmışdır.
Çinli diplomat Azərbaycan haqqında yüksək fikirdə olduğunu bildirmiş, ölkəmizdə hökm sürən sabitliyi, iqtisadi inkişafı digər dövlətlərə nümunə göstərmişdir. Qarabağ münaqişəsindən də danışılan görüşdə səfir ölkəsinin problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğulamışdır.
Çjan Yannyan Çin dilində təhsil alan tələbələrin onunla doğma dilində danışmalarından, BDU-da Çin dilinin hazırlıq səviyyəsindən məmnun qaldığını bildirmişdir. Qeyd etmişdir ki, diplomatik korpus Çin dili və mədəniyyətinin daha geniş yayılması üçün gələn il BDU-da müsabiqənin təşkil edilməsində, qaliblərin isə Çində bir neçə illik təcrübə keçmələrində maraqlıdır.
Səfirin təklifini yüksək qiymətləndirən rektor Çin dili üzrə milli kadrların hazırlanması məqsədilə mütəxəssislərin Çindən dəvət edilməsi təcrübəsinə son qoymaq üçün magistraturanın yaradılmasını vəd etmişdir.

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında