Naftalanda təhsil işçilərinin konfransı keçirilmişdir

Konfransda Naftalan  Şəhər Təhsil Şöbəsinin müdir əvəzi Rəna Dəmirovanın "2015--2016-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə 2015–2016-cı dərs ili ərzində şəhər təhsil şöbəsi, o cümlədən şəhərin təlim-tərbiyə müəssisələrinin fəaliyyətinin yekunu bütün istiqamətlərdə təhlil edilmiş, 2016–2017-ci dərs ili üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

Bildirilmişdir ki, 2015--2016-cı tədris ilində şəhər ümumtəhsil məktəblərini 355 nəfər "4-5" qiymətlərlə (32 faiz), 481 nəfər isə "əla" qiymətlərlə (43 faiz) bitirmişdir. R.Məmmədova çıxışında demişdir: "2015–2016-cı tədris ilinin yekun nəticəsinə əsasən keçirilən imtahanda iştirak edənlərin 71 nəfəri (100 faiz) ümumi orta təhsil haqqında şəhadətnamə, 35 nəfəri isə (100 faiz) tam orta təhsil haqqında attestat almışlar. 2016-cı ildə şəhərimizin məzunlarından 29 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul imtahanlarında iştirak etmək üçün sənəd vermişdir. İmtahanın nəticələrinə görə 13 məzun ali məktəb tələbəsi adını qazanmışdır. Məzunlardan 1 nəfəri 500-dən yuxarı, 4 nəfəri 400-dən yuxarı, 6 nəfəri isə 300-dən yuxarı bal toplamışdır. Xüsusi olaraq diqqətə çatdırmaq lazımdır ki, əldə edilən bu uğurlar təkcə məzunlarımızın deyil, həm də öz işinə məsuliyyətlə, hər şagirdə səbrlə yanaşan müəllimlərimizin zəhmətinin nəticəsidir. Məhz buna görə də müəllimlərimizin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilir. Sevindirici haldır ki, bu il də şəhərimizin pedaqoqlarına bu qiymətləndirmədən pay düşüb".     

Qeyd edək ki, ötən dərs ilindəki fəaliyyətlərinə görə İ.Nəsimi adınan 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, şəhid anası Namazova Tərlan Bəşir qızı Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı, S.Vurğun adına 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qasımova Fatma Əziz qızı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Məruzə ətrafında müzakirələrdə Naftalan Şəhər İcra Hakimyyətinin  ictimai- siyasi və humanitar məsələlər üzrə işin aparıcısı, baş məsləhətçi Afət Mustafayeva, şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova, Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin direktoru Ulduz Mayılova və başqaları çıxış etmişlər.

Konfransda iştirak edən Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun şöbə müdiri İlham Cavadov yeni dərs ilində qarşıda duran vəzifələrdən söz açmış, müəllimlərə bu müqəddəs peşələrində uğurlar arzulamışdır. Baş məsləhətçi Afət Mustafayeva yeni dərs ilinin başlanması və qarşıdan gələn Bilik Günü münasibətilə təhsil işçilərini təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulamışdır.

Konfransın sonunda iştirakçılar adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında