Turizm sektorunun inkişafı yeni mərhələdə

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən tədbirdə rektorun səlahiyyətlərini icra edən Eldar Aslanov öncə dövlət başçısı cənab İlham Əliyevin ölkəmizdə turizmin inkişafı ilə bağlı  imzaladığı son sərəncamlardan danışdı və bu sənədləri respublikamızda yeni mərhələnin başlanğıcı adlandırdı.

Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, ATMU-nun 10 illik fəaliyyəti dövründə Azərbaycan Turizm İnstitutunun yaradılması ilə turizm sektorunda kadr çatışmazlığının aradan qaldırılması bu sahədə atılan ən vacib addımlardan biri olmuşdur. 2006-cı il sentyabrın 15-də 200 tələbə, 1 fakültə və 3 ixtisasla tədris fəaliyyətinə başlayan Azərbaycan Turizm İnstitutu ötən müddət ərzində bu sahədə yaradılan yeni obyektləri ixtisaslı kadrlarla təmin etməkdə aparıcı təhsil müəssisəsi imicini qazanmışdır. Azərbaycan Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması barədə 22 dekabr 2014-cü il tarixində ölkə başçısı tərəfindən imzalanan daha bir sərəncam iqtisadiyyatın vacib sahəsi olan turizm idarəçiliyinin inkişafına və bu sahədə kadr hazırlığına olan xüsusi diqqət və qayğının bariz nümunəsidir.

Eldar Aslanov çıxışının sonunda tədbir iştirakçılarının diqqətinə turizmin inkişafına kömək edən bir sıra amillərdən söz açaraq dedi: "Yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, son illər ərzində regionlarda turizm infrastrukturunun gücləndirilməsi, çoxsaylı yeni turizm obyektlərinin istifadəyə verilməsi, təbii və mədəni turizm destinasiyalarının turist cəlbediciliyi baxımından inkişafı və ölkənin tanıdılması istiqamətində meqa tədbirlərin təşkili qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan turizmin inkişafından xəbər verir. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamındakı bəndlərdən birində qeyd olunur ki, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinin (peşə məktəbləri və peşə liseyləri) yaradılması və bu məqsədlə müvafiq torpaq sahəsinin və əmlakın ayrılması ilə bağlı tədbirlər görsün". Bu mühüm tələb hər birimizdən daha məhsuldar və yaradıcı fəaliyyət göstərməyimizi bir vəzifə olaraq qarşıya qoyur".

Tədbirdə Azərbaycan Prezidentinə ATMU kollektivi adından təşəkkür məktubu ünvanlandı və müvafiq sərəncamların icrası  ilə bağlı işçi qrupunun yaradılması qərara alındı.

Z.HÜSEYNOVA,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında