Türkiyənin İğdır şəhərindəki Heydər Əliyev liseyində ümummilli liderin adının yazıldığı lövhənin asılması mərasimi keçirilmişdir

Türkiyənin İğdır şəhərində 500 şagirdin təhsil aldığı Heydər Əliyev liseyinə Azərbaycan xalqının ümummilli liderinin adının verilməsinin davamı olaraq məktəbdə bununla bağlı lövhənin asılması mərasimi keçirilmişdir.
Bu barədə jurnalistlərə məktəbin direktoru Tuna Ok məlumat vermişdir. Tuna Ok türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adının liseyə verilməsini və bununla bağlı məktəbdə lövhənin asılmasını mühüm hadisə kimi qiymətləndirmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın Qars şəhərindəki baş konsulluğunun İğdır şəhəri üzrə nümayəndəsi Rafiq Rüstəmoğlu ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsinə görə məktəb rəhbərliyinə təşəkkür etmişdir. O, demişdir ki, ümummilli lider Heydər Əliyevin adının İğdır şəhərindəki liseydə yaşadılması xalqımız tərəfindən böyük məmnunluqla qarşılanmışdır.
Daha sonra Rafiq Rüstəmoğlu məktəbi gəzmiş və şagirdlərlə xatirə şəkli çəkdirmişdir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında