"İnklüziv təhsil günün tələbidir" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

Azərbaycan Müəllimlər İnstitutunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə "İnklüziv təhsil günün tələbidir" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə Təhsil Nazirliyinin, bir sıra beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün 19 xüsusi məktəb və internat tipli məktəbin fəaliyyət göstərdiyini bildirmişdir. Bu müəssisələrdə ümumilikdə 3 min 800-dək şagird təhsil alır. Ölkədə müvafiq qanunvericilik bazası sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin təşkilinə əlverişli zəmin yaratmışdır.
Digər çıxış edənlər sağlamlıq imkanları məhdud olan kimsəsiz və valideyn himayəsindən məhrum uşaqların təhsilinin inkişafı sahəsində Heydər Əliyev Fondu tərəfindən görülən məqsədyönlü işlərdən danışmışlar. Bildirilmişdir ki, Bakı, Sumqayıt, Yevlax və Mingəçevirin bir sıra uşaq bağçası və orta məktəblərində 2004-cü ildən həyata keçirilən "İnklüziv təhsil" pilot layihəsi bu gün də uğurla davam etdirilir. Dövlətimizin başçısının son illərdə imzaladığı sərəncamlar təhsil işçilərindən bu işə daha fəal qoşulmağı tələb edir.
Tədbir iştirakçıları Bakı, Sumqayıt və Mingəçevir şəhərlərinin uşaq bağçaları və ümumtəhsil məktəblərində inklüziv siniflərdə oxuyan uşaqların əl işlərindən ibarət sərgi ilə də tanış olmuşlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında