Almaniyanın ölkəmizdəki səfiri Azərbaycan Turizm İnstitutunda olmuşdur

Dünən Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Herbert Quelle Azərbaycan Turizm İnstitutunun kollektivinin qonağı olmuşdur. İnstitutun rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi təhsil ocağına böyük elçinin ziyarətindən məmnunluğunu bildirmişdir. Az müddətdə ali təhsil ocağının qazandığı uğurlar barədə hörmətli qonağa ətraflı məlumat verilmişdir.
Cənab səfir əvvəlcə ATİ-nin inzibati binası ilə tanış olmuş, sonra isə bir sıra auditoriyada dərslərin gedişi prosesini izləmişdir. Ümumi tanışlıqdan sonra ATİ-nin konfrans zalında təşkil olunmuş görüşdə qarşılanmadan məmnun qaldığını müəllim və tələbələrin nəzərinə çatdırmışdır. Səfir görüşə toplaşanlar qarşısındakı çıxışında əsasən Almaniyada turizmin vəziyyəti və gələcək inkişafı sahəsində həyata keçiriləcək tədbirlərdən danışmış, ölkəmizə səyahət edən alman turistlərinin sayı və şəxsən apardığı dəqiqləşdirmələr haqqında məlumat vermişdir. Daha sonra Almaniya ilə Azərbaycanın qarşılıqlı tarixi əlaqələrindən söhbət açmışdır. Tələbələrin səfirə ünvanlanmış sualları içərisində geniş polemikaya səbəb olan "Sizcə alman turistlər üçün Azərbaycan hansı prizmadan daha çox maraq kəsb edir?" sualı oldu. Həmin sualı geniş cavablandıran səfir bildirdi: " Ölkənizə-yəni Azərbaycana səfər edən turistlər ətraf mühitin mühafizəsi məsələsinə xüsusi önəm verirlər. Bu baxımdan Qafqaz dağlarının hələ toxunulmamış təbii gözəllikləri, landşaftı daha maraqlı olar." Tələbələrin çoxsaylı suallarını cavablandıran cənab səfir bir faktı xüsusi olaraq önə çəkdi: "Ölkənizdə son vaxtlar turizm infrastrukturunun inkişafı yolunda faydalı işlər görülür. Bu baxımdan Bakıda və regionlarda tikilməkdə olan beynəlxalq statuslu mehmanxana zəncirlərini xüsusi qeyd etməliyik. Bu tip mehmanxanalarda xidmət edəcək şəxslərin hazırlanması və bu istiqamətdə ATİ-nin peşə liseyi və məktəbinin yaradılması ilə bağlı uğurlu planları qeyd etsəm yerinə düşər."
Görüşün alman dilində təşkilinə görə rektora təşəkkür edən səfir institutda təhsil alan tələbələrin alman dilinin incəliklərinə yiyələnmələri, bu dildə sərbəst danışa bilmələri üçün bundan sonra da lazımi köməyi əsirgəməyəcəyinə söz verdi. Görüşün sonunda cənab Herbert Quelle Azərbaycan Turizm İnstitutunun Kitabxana İnformasiya mərkəzinə səfirlik adından bir neçə qiymətli kitab hədiyyə etdi.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında