Birinci ixtisas qrupu üzrə 700 bal toplayan hər üç tələbə BANM-i seçib

 2016/2017-cı tədris ili üçün birinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında ən yüksək nəticə hesab olunan 700 balı toplayan hər üç tələbə – Tural Ağayev, Rəvan Nəzərəliyev və Nadir Sultanlı Bakı Ali Neft Məktəbini (BANM) seçərək proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə ali təhsil alacaqlar.

Əslən Zəngilan rayonundan olan Tural Ağayev Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur. Onun anası evdar qadın, atası isə fəhlədir.

Rəvan Nəzərəliyev Xırdalandakı 5 saylı tam orta məktəbi bitirib. Onun atası maşın ustası, anası riyaziyyat müəlliməsidir. Rəvan ailədə yüksək bal toplayan ilk uşaq deyil. Digər qardaşları Rəşad 2013/2014-cü tədris ili üzrə keçirilən qəbul imtahanında 677 bal və builki qəbul imtahanında isə Nurlan 685 bal toplayaraq BANM-ə qəbul olublar.

Nadir Sultanlı isə Ankara məktəb-liseyinin məzunudur. Nadirin anası evdar qadın, atası isə bp-də işləyir.

V. BAYRAMOV, "Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında