"Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər" mövzusunda beynəlxalq elmi konfrans uğurla başa çatdı

Qloballaşan dünyada mədəniyyət və dil müxtəlifliyinin olmasına baxmayaraq, əksər ölkələrin ziyalıları mədəniyyətlərarası dialoq və əməkdaşlıq etməkdə, ortaq mədəni dəyərlərin üzə çıxarılmasında maraqlıdır. Odur ki, bu sahədə ciddi fikir mübadiləsi aparılmasının vacibliyi vurğulanır. Bu fikirlər noyabrın 25-26-sında Azərbaycan Dillər Universitetində keçirilmiş "Mədəniyyətlərarası dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər" adlı iki günlük beynəlxalq elmi konfransda səsləndirilib.
ADU-nun akt zalında keçirilən plenar iclasda ADU-nun rektoru, professor Səməd Seyidov rəhbərlik etdiyi ali məktəbin müxtəlif xalqların və dövlətlərin mədəniyyətini öyrəndiyini və bunun nəticəsi olaraq, bütün qitələrdən universitetə gələnlərin olduğunu vurğuladı. Onun sözlərinə görə xalqlar arasında mədəni əlaqələrin inkişafında ziyalıların rolu danılmazdır. "Konfransda mədəniyyətlər arasında olan münasibətlər, dialoq kimi mövzular müzakirə obyektidir. Azərbaycanın əlaqələri genişlənməkdədir. Əsas məqsədlərimizdən biri ölkəmizdəki elmi mühiti dünyaya göstərmək, elmi əməkdaşlığı gücləndirməkdir. Konfransda iştirak etmiş ziyalılar yüksək səviyyəli alimlər, yazıçılar və dünyanın nüfuzlu universitetlərinin nümayəndələridir. Heç şübhə yoxdur ki, bu ziyalılar bu cür səfərlər nəticəsində Azərbaycanla daha yaxından tanış olacaq, ölkəmizlə bağlı həqiqətləri öz xalqlarına çatdıracaqlar."-deyə o vurğuladı.
Rektor S. Seyidov konfransda elmi əlaqələrin yaradılması yolunda yeni ənənənin yaranacağını söylədi. Təhsil nazirinin müavini İradə Hüseynova isə çıxışında konfransda yaranan əhəmiyyətli fikir mübadiləsi və ideyaların təhsilmizə müsbət töhfə verəcəyini qeyd etdi.
Millət vəkili, proffessor Rəbiyyət Aslanova mədəniyyətlərarası dialoqun müasir dövrdə vacibliyini vurğuladı. Onun sözlərinə görə, bu istiqamətdə beynəlxalq tədbirlərdə ziyalıların toplaşıb ideyalar bölüşmələri, azərbaycanlı alimlərin nüfuzlu elmi nəşrlərdə çıxış etmələri olduqca zəruridir. Türkiyədən Nur Tekmen, Almaniyadan Hans-Verner Huneke, Koreyadan Dae Sunq Kim, İtaliyadan Massimo Bianchi, ADU-nun professoru Gülnar Hüseynzadə və digərləri mədəniyyətlərarası əməkdaşlığın əhəmiyyətini vurğuladılar.
Konfransa ölkəmizlə yanaşı, dünyanın müxtəlif ölkələrindən-İtaliya, Fransa, Gürcüstan, Böyük Britaniya, ABŞ, Koreya, Hindistan, Türkiyə və s. qatılmış alimlər iki gün ərzində müxtəlif mövzuları əhatə edən bölmə və yarımbölmələrdə təqdimatlar keçirdilər, fikir mübadiləsi apardılar. "Mədəniyyətlərarası dialoq insanlar və xalqlar arasında qarşılıqlı anlaşma vasitəsi kimi", "Dil mədəniyyətlərarası ünsiyyətin əsas amili kimi", "Ədəbiyyat müasir kulturoloji paradiqmlər kontekstində" və "Mədəniyyətlərarası dialoqun dil öyrənmədə rolu" mövzularını əhatə edən çıxışlar əcnəbi və azərbaycanlı ziyalılar arasında qarşılıqlı fikir mübadiləsinə və maraqlı müzakirələrin yaranmasına səbəb oldu.
Konfransın sonunda burada səslənən əhəmiyyətli elmi fikirlərin və beynəlxalq təcrübənin öyrənilməsi, maraq doğuran məruzələrin çap edilməsi qərara alındı, iştirakçılara sertifikatlar təqdim edildi. Əcnəbi elm adamları bu cür konfransların ziyalılar arasında əməkdaşlığın və təcrübə mübadiləsində əhəmiyyətli rol oynamasını, görüşlərin tez-tez keçirilməsinin vacibliyini vurğuladılar.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyi, "AZƏRİQAZBANK", "Azərsun" Şirkətlər Qrupu və Böyük Britaniya konsulluğunun dəstəyi ilə baş tutub.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında