Elmar QASIMOV: “Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin tam idarəçiliyinə verilib”

“Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin tam idarəçiliyinə verilib”.

Bunu APA-ya Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib.

Rektor bildirib ki, bununla bağlı prosedurlar və məsələlər tədricən həll ediləcək.

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi bu gün Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyindən bildirilib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kadr məsələləri üzrə vitse-prezidenti Xaliq Məmmədov isə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildiyini bildirib.

 Qeyd olunub ki, tələbələr təhsilini olduğu kimi davam etdirəcək. Pedaqoji heyətin də fəaliyyətini davam etdirəcəyi açıqlanıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında